Alternative content

17:07 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdaşda emal edilən məhsulların “Made in Azerbaijan” brendi ilə xaricə ixracı planlaşdırılır
Ağdaşda emal edilən məhsulların “Made in Azerbaijan” brendi ilə xaricə ixracı planlaşdırılır
ANA SƏHİFƏ / Təhsil
15:39 01.11.2019

Ağdaşın Şıxlı kəndindəki Biyan Sənaye Parkında emal edilən məhsulların yerli bazarla bərabər, ilk dəfə dünya bazarına "Made in Azerbaijan” brendi altında ixracı da planlaşdırılır. Məqsəd Azərbaycanı dünya biyan kökü bazarında yüksək mövqeyə çıxarmaq, bu sahədə mövcud iqtisadi potensialı dövlətin real gəlir mənbəyinə çevirməkdir. Məhsulun əsas xarici satış bazarları qismində Avropa, Asiya və Amerika ölkələri nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Ağdaş sakini Ramazan Həsənov beş ildir biyançılıqla məşğuldur. Onun sözlərinə görə, bu günə qədər sahələrdən bol məhsul toplasa da, amma emal üçün böyük zavod olmayıb. Bu günlərdə rayonun Şıxlı kəndində Biyan Sənaye Parkının istifadəyə verilməsi bir çox fermerlər kimi, Ramazan Həsənovun da ürəyincə olub: "Qabaqlar çətinlik çəkirdik. Məhsulu yığırdıq, amma təhvil verməyə yer taba bilmirdik. Kiçik sexlər var idi, hərdən götürürdülər, bəzən də yer olmurdu. Amma indi əhali sevinir ki, belə zavod açılıb. Zavodun böyük olması yaxşıdır ki, ilboyu məhsul qəbul edəcək. Bu da əhalinin yaxşı dolanışığına öz təsirini göstərəcək”.

Oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə açlışı olan Biyan Sənaye Parkının yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır.

Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov bildirib ki, zavodda biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranılır. Çeşidlənmiş məhsul bir neçə mərhələdə isitmə sistemi vasitəsilə qurudulur, metal detektorundan keçdikdən sonra elektron tərəzi vasitəsilə çəkilir və kisələrdə qablaşdırılır. Hazır məhsul rütubət və temperaturun nəzarət olunduğu, müasir havalandırma sistemi ilə təchiz edilmiş, ümumi sahəsi 4000 kvadratmetr olan anbarlarda saxlanılır.

Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən, İsveç və İtaliyan şirkətlərinə məxsus ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş Bitki Ekstraktı və Sirop Zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal edilir. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Cənubi Koreyada keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb.

Sirop zavodunun direktoru Aftandil Həsənov deyir ki, istehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm eleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada yoxlanılır.

Biyan Sənaye Parkının tərkibində biyan əkilməsi üçün nəzərdə tutulmuş 1000 hektar sahəyə malik plantasiyanın su ilə təmin olunması üçün Şirvan kanalından əraziyə 7,5 kilometr uzunluğunda boru çəkilib. Sahələrin suvarılması üçün 924 hektar ərazidə 16 ədəd suvarma qurğusu (pivot) qurulub. Biyan əkin sahələrinin və müəssisənin işə salınması Ağdaş rayonunda 220 nəfəri daimi iş yeri ilə təmin etməyə imkan verir. Parka daxil olan zavodların istehsal xətlərinin avtomat sistemlərini idarə etmək üçün gələcəkdə yerli gənc kadrların hazırlanması da planlaşdırılır.

Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan Tədarükü və Emalı Zavodu, Bitki Ekstraktı və Sirop Zavodu, 10 məhsul anbarı, qazanxanalar, elektrik yarımstansiyaları, inzibati ofis binası, aqrotexnikalar üçün qaraj, tədarük məntəqəsi daxildir. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin "Made in Azerbaijan” brendi altında ixracı planlaşdırılır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM