Alternative content

16:52 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Doqquz ayda qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edib
Doqquz ayda qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:18 01.11.2019

"Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunmuş müsbət nəticələr cari ilin ötən dövründə də müşahidə edilməkdədir. İqtisadiyyatda və vergi sistemində şəffaflaşma proseslərinin sürətlə davam etməsi qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına səbəb olub.

Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edərək bu sektorda ÜDM-in nominal artım tempini üstələyib. Regionlar üzrə bəyan edilmiş dövriyyələrin həcmi 11,9 faiz artıb. Qeyri-neft sektorunda əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin artım tempi 12,8 faiz, o cümlədən regionlar üzrə 27,9 faiz təşkil edib.

Qeyri-neft sektorunda dövriyyələrin ən yüksək artım tempi ticarətdə (24,2 faiz), o cümlədən pərakəndə ticarətdə (36,2 faiz) və topdansatış ticarətdə (15,8 faiz), ictimai iaşədə (21,6 faiz) və qeyri-neft istehsalı sahəsində (18,1 faiz) müşahidə olunub.

Əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin həcmi ticarətdə 33 faiz, o cümlədən pərakəndə ticarətdə 41,5 faiz və topdansatış ticarətdə 27,6 faiz, xidmət sahəsində 14,1 faiz, o cümlədən ictimai iaşədə 19 faiz, kənd təsərrüfatında isə 15,8 faiz artıb.

Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2 faizdən 63,3 faizə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9 faiz artıb. Cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7 faizdən 84,4 faizə, ticarətdə 48,2 faizdən 55,8 faizə (o cümlədən topdansatış ticarətdə 66,2 faizdən 81,6 faizə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergiödəyiciləri istisna olunmaqla) 83,9 faizdən 88,9 faizə, kənd təsərrüfatında 50,7 faizdən 91,8 faizə, digər fəaliyyət sahələrində isə 63,9 faizdən 83,9 faizə yüksəlib.

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8 faiz), o cümlədən pərakəndə ticarətdə (48 faiz) və topdansatış ticarətdə (42,7 faiz), qeyri-neft istehsal sahəsində (31,1 faiz), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergiödəyiciləri nəzərə alınmadan - 20,1 faiz), o cümlədən ictimai iaşədə (28,6 faiz), rabitədə (21,1 faiz) və digər fəaliyyət sahələrində (19,4 faiz) qeydə alınıb.

Bütün bunlar qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşməsi səviyyəsinin yüksəldiyini və nəticə etibarilə dövriyyələrin vergidən yayındırılması hallarının miqyasının azaldığını göstərir. Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur ki, bu da bank sektorundan keçən dövriyyələrin həcminin artaraq şəffaflaşmasını təsdiq edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM