22 Oktyabr 2019 17:06
716
DÜNYA
A- A+

Yaponiyanın yeni İmperatoru taxta çıxdı


Yaponiya İmperatoru Naruhito ölkə Konstitusiyası və İmperator Evi haqqında qanuna uyğun olaraq özünün taxt-taca sahib olduğunu rəsmən elan etmişdir. Onun müraciəti Tokioda keçirilmiş andiçmə mərasimi zamanı səslənmişdir.

"Mən Konstitusiya və İmperator Evi haqqında qanuna uyğun olaraq taxta çıxdım. Xalqıma və bütün dünyaya sülh arzulayaraq xalqımla birgə və Konstitusiya əsasında Yaponiya dövlətinin və xalqın birliyinin rəmzi kimi səlahiyyətlərimi icra edəcəyimə and içirəm” deyə monarx bildirmişdir.

İmperator vurğulamışdır ki, atası Akihito 30 ildən çox taxtda olmuş, sevincini və kədərini xalqı ilə bölüşmüşdür. "Səmimiyyətlə ümid edirəm ki, Yaponiya öz xalqının müdrikliyi və fasiləsiz səyləri sayəsində daha da inkişaf edəcək, beynəlxalq birlikdə dostluğun və sülhün bərqərar olunmasına töhfəsini verəcək” deyə monarx əlavə etmişdir.

Bundan sonra Yaponiyanın Baş Naziri Snidzo Abe Naruhitonu İmperator və millətin rəmzi kimi taxta çıxması münasibətilə təbrik etmişdir. Hökumətin başçısı bildirmişdir ki, "biz, yapon xalqı sülhpərvər və qürurlu Yaponiyanın parlaq gələcəyi naminə bütün səyləri göstərəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video