22 Oktyabr 2019 15:33
502
DÜNYA
A- A+

Prezident Ərdoğan: “Sülh çeşməsi” əməliyyatı başladığı gündən indiyədək 775 terrorçu zərərsizləşdirilib


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında açıqlama verib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatların daha qətiyyətlə davam etdiriləcəyini bəyan edib. Bildirib ki, Suriyada aparılan "Sülh çeşməsi” əməliyyatının başladığı gündən indiyədək 775 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində Suriyanın 2200 kvadrat kilometrlik ərazisi terrorçulardan təmizlənib.

Prezident Ərdoğan əməliyyatlar zamanı Türk Silahlı Qüvvələrinin 7, Suriya Milli Ordusunun 79 əsgərinin şəhid olduğunu, 20 mülki vətəndaşın öldürüldüyünü bildirib.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Rusiyanın terrorla mübarizədə müttəfiq olduqlarını bir daha bəyan edib.

Prezident səfər zamanı bölgədə mövcud terror təşkilatlarının zərərsizləşdirilməsi məsələsinin müzakirə olunacağını deyib. O, 120 saatlıq müddətin uzadılması ilə bağlı məlumatların yalan olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video