Alternative content

23:45 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli maraqlara qənim kəsilənlər
Milli maraqlara qənim kəsilənlər
ANA SƏHİFƏ / SİYASƏT
00:38 22.10.2019


Azərbaycanın uğurlarına kölgə salmaq istəyən xarici qüvvələrin və onların daxildəki "buyruq qulları”nın çirkin niyyətləri iflasa məhkumdur


Oktyabr ayının 19-da bəzi destruktiv qruplar köhnə "ənənələrinə” sadiq qalaraq insanların rahatlığını pozmaqla razılaşdırılmamış küçə yürüşü keçirməyə, kütləvi iğtişaşlar törətməyə, asayişi kobud şəkildə pozmağa cəhd etdilər. Lakin hüquq mühafizə orqanları tərəfindən qanunsuz yürüşün qarşısı alındı. Ancaq mitinqdən sonra antiazərbaycançı şəbəkənin daxildəki "buyruq qulları” və xaricdə yaşayan bəzi şəxslər aldıqları xüsisi sifarişlər əsasında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaymağa başladılar. Bu xoşagəlməz hallar isə ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb oldu.

Yaranmış vəziyyəti təhlil edən siyasətçilərin də arzuolunmaz vəziyyətlə bağlı fikirləri birmənalıdır. Milli Məclisin komitə sədrləri, deputatları hesab edirlər ki, bütün bunlar antiazərbaycançı şəbəkənin ölkəmizin son vaxtlarda əldə etdiyi uğurları həzm edə bilməməsi və nailiyyətlərə kölgə salmaq məkirindən qaynaqlanır.


Polis sivil qaydalara uyğun davranış nümayiş etdirdi


Əli HÜSEYNLİ,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri:

- Bir qrup ifrat radikal müxalifətin oktyabrın 19-da mitinq adı ilə toplaşdıqları yer seçiminin özü belə onların sırf hüquqazidd əməllərindən xəbər verir. Baxmayaraq ki, Baki Şəhər İcra Hakimiyyəti onlara müraciətlərinə əsasən daha əlverişli yer təklif etmişdi.

Xatırlatmaq istəyirəm ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağandır. Ona görə də şəhər icra hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunmuşdu. Buna baxmayaraq, radikal müxalifət şəhərin mərkəzi hissəsində qanunsuz aksiyanın keçirilməsinə cəhd göstərdi və ictimai asayişi ciddi şəkildə pozmağa çalışdı.

Hüquq mühafizə orqanları öz peşə vəzifə və borclarını layiqincə yerinə yetirərək qanunsuz aksiyanın qarşısını aldı. Bundan bir neçə gün əvvəl də İqtisad Universitetinin qarşısında qanunsuz aksiya cəhdlərindən görüntüləri də xatırladaraq deyərdim ki, polis olduqca sivil qaydalara uyğun davranış nümayiş etdirib.

Bu gün çox aydın şəkildə biz Fransada, İspaniyada polisin vətəndaşlara qarşı amansızlıqlarını müşahidə edirik. Dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, jurnalistlərin döyülməsi, həddindən artıq aqressiya və sairə bu gün Avropa İttifaqı ölkələrində tez-tez rast gəlinir.

Azərbaycandakı inkişaf, xüsusilə ictimai-siyasi sabitlik bir sıra dairələrin maraqları ilə üst-üstə düşmür və bu kimi cəhdlər də məhz onların sifarişidir.


Antiazərbaycançı şəbəkənin növbəti avantürası da iflasa uğradı


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

- Azərbaycan müstəqilliyinin 28-ci ildönümünü möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəliş, mühüm beynəlxalq siyasi nailiyyətlərlə qeyd edir. Çox sevindirici haldır ki, bu ildönümü həm də qazandığımız uğurların qlobal miqyasda təsdiqi və təsbiti ilə əlamətdar oldu. Beynəlxalq iqtisadi təşkilatların son hesabatlarında yer alan məlumatlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar düzgün istiqamətdədir və qazanılan iqtisadi nailiyyətlərimiz dünyada təqdir olunur.

Eyni zamanda Azərbaycan bu həftə Qoşulmama Hərəkatına sədrliyi rəsmən öz üzərinə götürəcək. "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında və Aşqabadda dövlət başçılarının Zirvə görüşündə Ermənistana vurulan siyasi-diplomatik zərbənin ardınca Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatına sədrlik edəcək. Beləliklə, İlham Əliyev növbəti dəfə beynəlxalq miqyasda lider mövqeyinə çıxır.

Bütün bu nailiyyətlər xalqımızı sevindirir, qürurlandırır. Yeganə sevinməyən isə antiazərbaycançı dairələrdir. Ona görə respublikamızda uğurla həyata keçirilən islahatların, mühüm siyasi uğurların fonunda son vaxtlar antiazərbaycançı mərkəzlərin də fəaliyyətində fəallaşma hiss olunur. Əlbəttə, onların fəallığının güclü Azərbaycan dövlətinin qarşısında zərrə qədər də təsiri olmasa da, görünən odur ki, respublikamızın inkişafı, uğurları, insanların sosial rifahının yüksəlməsi qısqanclıqla qarşılanır. İndiyədək bu istiqamətdə baş verən proseslər göstərir ki, antiazərbaycançı dairələrin Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı apardıqları qarayaxma kampaniyaları, cəmiyyətdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri həmişə iflasa düçar olub. Bu gün beynəlxalq miqyasda onların həyata keçirmək istədikləri, məkrli planlar yox, Azərbaycan Prezidentinin apardığı islahatlar və "Qarabağ Azərbaycandır!” çağırışı daha ucadan səslənir.

Belə bir məqamda antiazərbaycançı şəbəkə Azərbaycanda daxili vəziyyəti, ictimai-siyasi sabitliyi gərginləşdirmək üçün yenidən təxribatlar törətməyə, iğtişaşlar yaratmağa cəhd edir. Oktyabrın 19-da müxalifətin Milli Şura adlandırılan qurumunun Bakının mərkəzində icazəsiz mitinq keçirməyə cəhd etməsini başqa cür qiymətləndirmək mümkün deyil. Çünki küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərinə kölgə salmaq niyyəti güdür.

Görünən odur ki, radikal ovqatlı antimilli qüvvələr antiazərbaycançı şəbəkədən növbəti sifariş alıblar. Onlarda narahatlıq yaradan isə inkişaf edən və yüksələn Azərbaycandır. Çünki İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur onların antimilli müstəvidə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin qarşısını alır.

Müxalifətin əvvəlcədən hazırlanmış iğtişaş planları bu dəfə də uğursuzluğa düçar oldu. Azərbaycan polisi yüksək peşəkarlıqla, bir çox xarici ölkələrdə mitinqlərin dağıdılması zamanı tətbiq olunan vasitələrdən istifadə etməməklə öyrədilmiş bir qrup insanın şəhərin mərkəzində sabitliyi pozmaq cəhdinin və daha dəqiq ifadə etsək, iğtişaş yaratmaq planının qarşısını qətiyyətlə aldı. Biz həmin günlərdə televiziyada İspaniyanın Kataloniya əyalətində və Honqkonqda mitinqlərin necə dağıdıldığını izləyirdik. Amma Azərbaycan polisi atlardan, itlərdən, su şırnaqlarından, gözyaşardıcı qazlardan istifadə etməməklə öz peşə borcunu layiqincə, nümunə göstərməklə yerinə yetirdi.

Müxalifətçilik heç bir halda dövlətə və xalqa qarşı yönəlməməlidir. Azərbaycanın siyasi tarixində hələ 1990-cı illərin əvvəllərində Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi ortaya qoyduğu böyük təcrübə var. Müxalifət dövlətin milli maraq və mənafelərini hər şeydən üstün tutmalı, öz proqramları ilə hakimiyyətin fəaliyyətinin canlanmasına, alternativ düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə gerçəkləşməsinə xidmət etməlidir. Təəssüf ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin və Milli Şuranın timsalında bunun tamamilə əksi müşahidə olunur. Əslində müxalifətçiliyi antimilli platformaya çevirmiş belələrindən başqa nəsə gözləmək də sadəlövhlük olardı. AXC qaragüruhunun birillik iqtidarı başa çatdıqdan sonra Ə.Kərimli daim öz fəaliyyətini antiazərbaycançı dairələrlə əlaqələndirib. Bu mənada əslində onun fəaliyyəti sağlam müxalifətçilik prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. O, təmsil olunduğu qurumun daxilində öz rəhbərinə belə xəyanət edib. Həm buna, həm dövlətin milli maraqlarını satdığına, müxalifətçiliklə bir araya sığmayan hərəkətlərinə görə ətrafındakılar ondan üz döndəriblər. Ə.Kərimlinin antiazərbaycançı dairələrlə əməkdaşlığı, onlardan sifarişlər aldığı zaman-zaman təkzibolunmaz faktlarla ifşa olunub. Onun yenidən mitinq həvəsinə düşməsinin səbəbi də aldığı yeni sifarişdir.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü oktyabrın 18-də idi. Müxalifətin icazəsiz mitinqi məhz bu tarixdən bir gün sonra keçirmək istəməsində də bir məqamı var. Məlum olduğu kimi, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən dərhal sonra AXC-Müsavat qruplaşmasının hakimiyyət uğrunda mübarizəsi xalqa və dövlətçiliyə ciddi zərbə vurdu. Yeni qazanılmış müstəqillik itirilmək təhlükəsi ilə üzləşdi. Hərbi çevriliş yolu ilə hakimiyyətə gələn bu qüvvələr cəmi birillik iqtidarları ilə Azərbaycana ən böyük tarixi yaraları vurdular. Təəssüf ki, vaxtilə müstəqilliyimizi itirmək təhlükəsi qarşısında qoyan həmin qüvvələr bu gün yenidən köhnə ssenariləri işə salmaq istəyirlər. Lakin onların hədəfi əslində iqtidara gəlmək deyil. Əsl hədəfləri Azərbaycanın müstəqilliyini və dövlətçiliyini məhv etməkdir. Onlar bu niyyətləri, antiazərbaycançı şəbəkənin maraqlarına xidmətlərini ortaya qoymaqla bu xalqa aid olmadıqlarını göstərdilər.

Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun və İlham Əliyevin islahatlar strategiyasının ətrafında sıx birləşib. Xalqımız hələ 26 il öncə xaosa və anarxiyaya, AXC və Müsavata yox deyib, indi də bu mövqeyə sahibdir. Ona görə onlara Azərbaycan siyasi səhnəsində heç vaxt yer olmayacaq.


Kimlərinsə özünü qanunlardan üstün tutmasına imkan verilməyəcək


Tahir RZAYEV,

Milli Məclisin deputatı:

- Hər bir aksiya - mitinq, yürüş müəyyən qanunvericilik çərçivəsində olmalıdır. Qanundankənar heç bir kütləvi aksiya keçirilməməli və buna yol verilməməlidir. Azərbaycan hüquqi, demokratik ölkədir və burada hər bir proses qanunlarla tənzimlənir. İndiyə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Kimlərinsə özünü qanundan yuxarı görməsinə, aparmasına imkan verilməyəcək.

Mən insanların kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm. Hər şey qanunvericilik çərçivəsində olmalıdır. Hansısa qüvvələr mitinq, kütləvi aksiya keçirəndə isə icazə almalıdırlar. Əks halda yaşanan qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi, dağıntıların olması dövlətin də imicinə ziyandır.

Dağıdıcı müxalifətin mitinq cəhdi də bu baxımdan qəbulolunmaz idi. Bu cür qanunsuz hərəkətlər, yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları iğtişaşlara səsləyən müxalifət liderlərinin üzərinə düşür. Onlar bu məsələdə məsuliyyət daşıyırlar.

Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarının, 90-cı illərinin əvvəllərinin, xaosun, anarxiyanın, özbaşınalığın, hüquqi nihilizmin hökm sürdüyü ölkə deyil. Artıq o dövrlər çoxdan geridə qalıb. İndiki Azərbaycan qanunlarla idarə olunan güclü, qüdrətli, müasir, modern və model Azərbaycandır və onun qüdrətli, cəsarətli, müdrik lideri var.

Ümumiyyətlə, kimlərinsə ərköyünlüyünə, cığallığına, özünü qanunlardan üstün tutmasına imkan verilməyəcək. Bunu həmin qüvvələr nə qədər tez anlasalar, özləri üçün yaxşı olar.


Düşmənin dəyirmanına su tökənlərdən hər bir azərbaycanlı uzaq olmalıdır


Qənirə PAŞAYEVA,

Milli Məclisin deputatı:

- İcazəsiz keçirilən küçə yürüşü, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar edilməsi kimi bəzi radikal müxalif qüvvələrin təxribat addımları Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı verdiyi sərt bəyanatlardan, Türk Şurasının möhtəşəm zirvə toplantısında verdiyi önəmli məsajlarından, cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf etməsi əslində təsadüf kimi görünmür.

Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb və onlar daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Siyasi düşüncələrimizdən asılı olmayaraq, bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Düşməninin dəyirmanına su tökən addımlardan hər bir azərbaycanlı uzaq olmalıdır. Mitinq, piket və yürüşü icazə verilən yerlərdə keçirə bilərdilər. Şəhər mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil. Təəssüf... Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə və onların daxildəki tərəfdarları bu kimi addımlarla nəyəsə nail ola bilməzlər. Allah Azərbaycanımızı qorusun hər zaman!

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM