21 Oktyabr 2019 17:53
779
SİYASƏT
A- A+

“Metrovaqonmaş” SC-də ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib


Moskva vilayətindəki "Metrovaqonmaş” Səhmdar Cəmiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov mərasimdə çıxış edərək, bir neçə ay əvvəl zavodun Bakıya yeni model vaqonların bir partiyasını yola saldığını bildirib. Qeyd edib ki, hazırda həmin vaqonlar Bakı metropolitenində uğurla istismar olunur. Ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin açılmasını mühüm hadisə adlandıran B.Boqatıryov deyib ki, Heydər Əliyev 1980-ci illərdə Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən zavodda yeni vaqon istehsalı korpusunun tikilməsi barədə qərar imzalayıb. Hazırda bu korpusda müasir tipli vaqonlar yığılaraq istismara verilir.

Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın görkəmli oğlu, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin açılmasına görə zavodun və "Bakı Metropoliteni”nin rəhbərliyinə təşəkkürünü bildirib, lövhənin açılmasını Heydər Əliyevin sovet xalqı qarşısında böyük xidmətlərinin daha bir etirafı kimi qiymətləndirib. Səfir "Naximov” teploxodunun batması, Ulyanovskda gəminin körpüyə çırpılması kimi hadisələrin araşdırılmasına dair hökumət komissiyalarına rəhbərliyin təcrübəli dövlət xadimi kimi məhz Heydər Əliyevə tapşırılmasını xatırladıb. "Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində qısa müddət - 1982-1987-ci illərdə işləməsinə baxmayaraq, çox işlər görüb. O, Baykal-Amur magistralının salındığı dövrlərdə dəfələrlə tikintiyə gedib, bir çox məsələləri yerindəcə həll edib. Heydər Əliyev bu əfsanəvi magistralın yaradıcılarından biridir. Hazırda Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasında vağzal Heydər Əliyevin adını daşıyır. P.Bülbüloğlu vurğulayıb ki, həyat və fəaliyyətinin bütün mərhələlərində Heydər Əliyev böyük təşkilatçılıq qabiliyyəti, analitik təfəkkürü, sonsuz əməksevərliyi və işinə sədaqəti ilə seçilib.

"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin açılması təklifini irəli sürdüklərinə görə "Transmaşholdinq” və "Metrovaqonmaş”ın rəhbərliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, "Metrovaqonmaş” SC ilə əməkdaşlığın təməli Heydər Əliyev tərəfindən qoyulmuş münasibətlərin davamıdır. 1983-cü ilin dekabrında Heydər Əliyevin imzaladığı qərarda bir neçə istiqamətlər, o cümlədən zavodun nəzdində bu korpusun inşası əksini tapmışdı. Həmin qərar SSRİ-də metropolitenlərin inkişafına, vaqon istehsalının genişlənməsinə böyük təkan vermişdi. "Metrovaqonmaş” və "Bakı Metropoliteni” arasında imzalanan yeni müqaviləyə əsasən, növbəti üç ildə Bakıya daha 60 müasir vaqonun göndəriləcəyini qeyd edən Z.Hüseynov bildirib ki, həmin vaqonlar Bakı metrosundakı köhnəlmiş vaqonları əvəzləyəcək. Onun sözlərinə görə, Bakı metrosunun stansiyaları artdıqca, "Metrovaqonmaş” ilə müqavilələrin sayı da çoxalacaq.

Daha sonra mərasim iştirakçıları zavodun həyətində ağac əkiblər.

Ulu öndər Heydər Əliyevin xatirə lövhəsi zavodun əsas korpusunun divarına vurulub. Lövhənin üzərində yazılıb: "SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin "Metropolitenlər üçün vaqonların buraxılmasının artırılması, onların texniki səviyyəsinin və istismar etibarlılığının yüksəldilməsinə dair tədbirlər haqqında” 23 dekabr 1983-cü il tarixli AQ-3585 saylı tapşırığına əsasən ümumi sahəsi 15,8 min kvadratmetr olan bu vaqon istehsalı korpusu tikilib istismara verilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video