21 Oktyabr 2019 16:28
469
DÜNYA
A- A+

Çin varlı insanların sayına görə ABŞ-ı qabaqlayıb


"Credit Suisse” bankının apardığı tədqiqatın nəticələrinə əsasən, Çin varlı insanların sayına görə ilk dəfə olaraq ABŞ-ı qabaqlayıb.

AZƏRTAC bankın saytına istinadla xəbər verir ki, dünyanın nisbətən varlı 10 faiz insanı arasında Çin vətəndaşlarının sayı 100 milyon nəfərə çatır. ABŞ-da bu göstərici 99 milyon nəfərdir. Bununla yanaşı, milyonerlərin sayına görə, Birləşmiş ştatlar yenə birinci yerdə dayanır. 2010-2019-cu illər arasında ABŞ-da sərvəti milyon dolları ötən insanların sayı 7,4 milyondan 18,6 milyon nəfərə çatıb. Çində isə analoji dövrdə bu göstərici daha çox artıb – 38 mindən 4,4 milyon nəfərədək.

"Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsinə baxmayaraq, hər iki tərəf xeyli var-dövlət toplayıb – müvafiq olaraq 3,8 trilyon və 1,9 trilyon dollar”, - tədqiqatda belə deyilir.

Məlumata əsasən, planetimizdə 46,8 milyon nəfər dollar milyonçusu var. Onların əllərində cəmlənən vəsait və aktivlərin ümumi məbləği isə 158,3 trilyon dollardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video