Alternative content

03:31 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
ANA SƏHİFƏ / SİYASƏT
14:53 21.10.2019

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə "Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev çıxışında Ermənistanda faşizmin, nasizmin, terrorizmin qəhrəmanlaşdırılmasının artıq bir siyasi mədəniyyətə çevrildiyini deyib. Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir.

F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan böyük uğurlar qazandıqca, onu istəməyənlər, paxıllıq edənlər daha da azğınlaşır. Rektor vurğulayıb ki, ermənilər Soçidə "Valday” Diskussiya Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır.

Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub. Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmirlər.

Njdenin bütün həyatı boyu türk millətinə qarşı vuruşduğunu deyən Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Qaragin 1912-1913-cü illərdə Birinci Dünya müharibəsində Osmanlıya qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, o, Ermənistanda ordu quruculuğu məsələləri ilə də məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhali qətlə yetirilir və öz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında da azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur.

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdərək onu qəhrəman kimi təqdim edirlər.

O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var. Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal gətirərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM