Alternative content

06:08 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
ANA SƏHİFƏ / SİYASƏT
12:42 21.10.2019

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, oktyabrın 19-da bəzi müxalifət partiyaları tərəfindən Bakı şəhərində qeyri-qanuni aksiyanın keçirilməsi cəhdinə geniş münasibət bildirməyə ehtiyac var. YAP-ın bu barədə bəyanat yaydığını deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyəti, o cümlədən Yeni Azərbaycan Partiyası ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş qanunsuz aksiyaların keçirilməsinə özünün sərt, eyni zamanda, ədalətli mövqeyini bildirməlidir.

"Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır”,- deyən Əli Əhmədov bildirib ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Onun sözlərinə görə, Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə Yeni Azərbaycan Partiyası, nə də ölkə iqtidarı üçün narahatlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərin çatdırılmasına ehtiyac var.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. "Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu, sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər”, - deyə Əli Əhmədov bildirib. Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Kütləvi informasiya vasitələrində bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır.

Qanunsuz aksiyanın qarşısının alınmasında polisin davranışlarını yüksək qiymətləndirən Əli Əhmədov bildirib ki, hüquq-mühafizə orqanları ölkə qanunlarını pozan qruplara qarşı qanun çərçivəsində tədbirlər görməlidir.

Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini deyən Əli Əhmədov cari ildə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O qeyd edib ki, belə bir şəraitdə destruktiv qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri yolverilməzdir.

Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı qanun Avropa standartlarına uyğundur. Onun sözlərinə görə, qanunda əks olunan müddəalar Avropa İnsan Haqları Konvensiyasında öz əksini tapır. Ə.Hüseynli deyib ki, radikal müxalifətin qanunsuz hərəkətlərinə cəmiyyətimizin bütün təbəqələri, o cümlədən ictimai təşkilatlar, ziyalılar və s. münasibət bildirməlidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik. O qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib: "Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Komitə sədri deyib ki, Avropa İttifaqı Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib. Onun sözlərinə görə, Avropa İttifaqına daxil olan ölkələrdə, onun mərkəzi olan Brüsseldə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik. "Biz Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidirlər. Avropanın özündə baş verən hadisələr ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür,- deyə Səməd Seyidov vurğulayıb.

Toplantıda, həmçinin Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Elman Məmmədov və Kamilə Əliyeva, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin üzvü Misirxan Həsənov çıxış edərək radikal müxalifətin qanunsuz hərəkətlərini pisləyiblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM