Alternative content

03:32 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 21.10.2019

"Jewish News Syndicate” nəşrində "Cultural Diplomacy Associates” təşkilatının rəhbəri, "Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altmanın Azərbaycanın Milli Qəhrəmanı, Dağ Yəhudiləri İcmasının üzvü, 1992-ci ilin may ayında Şuşa şəhəri erməni işğalçıları tərəfindən tutularkən qəhrəmancasına həlak olmuş Albert Aqarunova həsr edilmiş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin qeyd etdiyi kimi, yəhudi icmasının üzvü və əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanın Milli Qəhrəmanı döyüşdə həlak olandan 28 ilə yaxın vaxt keçdiyinə baxmayaraq, indi də onun adı və hərəkətləri bu iki dinin nümayəndələri arasında səmimi münasibətlərin əyani sübutudur. Müəllif qeyd edir ki, Bakıda Azərbaycanın bu qəhrəman oğluna heykəl qoyulub.

Altman yazır ki, 1991-ci il dekabrın 8-də Aqarunov və onun həmkarı Ağababa Hüseynov ermənilərin bir neçə tankını və zirehli yük maşınlarını sıradan çıxarıblar. Ermənistan tərəfi Aqarunovu öldürəcək erməni əsgərinin, kimliyindən asılı olmayaraq mükafatlandırılacağını vəd etmişdi.

1992-ci ilin may ayında 23 yaşlı Aqarunov Azərbaycanın tarixi mədəni paytaxtı sayılan Şuşa şəhərini müdafiə edən alay yoldaşlarını xilas etməyə çalışarkən öldürülüb.

Gənc Albertin müharibədən əvvəl təhsil aldığı musiqi məktəbinə onun adı verilib. Bakıda və Qubada bu qəhrəmanın şərəfinə xatirə lövhələri vurulub.

Məqalədə qeyd edilir ki, Aqarunovun həyat tarixçəsi yəhudilərin Azərbaycanda yerli əhali ilə inteqrasiyasının əlamətidir.

Altman yazır ki, Azərbaycanda antisemitizm yoxdur. İsrailin Baş Naziri Binyamin Netanyahu Azərbaycanda səfərdə olarkən bu məqamı bir daha vurğulayaraq bildirib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər "bütün dünyaya nümunə kimi göstərilə bilər”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM