21 Oktyabr 2019 11:25
413
SİYASƏT
A- A+

Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq


Oktyabrın 24-25-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən təşkil olunan sammitdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Sammitdə 60-dək ölkənin parlament sədrinin və 300 nümayəndənin iştirakı gözlənilir. İki gün ərzində parlamentlərin sədrləri "Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, "BMT-nin Proqramının-2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, "Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar olacaq və onların ətrafında müzakirələr aparılacaq.

AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç Buriç sammitin ilk günündə parlament sədrləri qarşısında çıxış edəcək.

Qeyd edək ki, parlament sədrlərinin ilk konfransı 1975-ci ildə toplanıb. Həmin vaxtdan hər iki ildən bir parlament sədrlərinin sammiti Strasburqda və ya Avropa Şurası üzv dövlətlərindən birinin paytaxtında keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video