20 Oktyabr 2019 15:21
558
DÜNYA
A- A+

Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir


Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Əfv Təşkilatının "Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatına kəskin etirazını ifadə edib.

Bu barədə XİN-dən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, Türkiyə hökuməti sözügedən hesabatın qərəzli olduğunu bəyan edib. Qeyd olunur ki, bu hesabat Türkiyənin öz milli təhlükəsizliyinə təhdid olan terror təşkilatlarına qarşı apardığı mübarizəyə yönəldilən qarayaxma kampaniyasının bir parçasıdır. Diqqətə çatdırılır ki, həm Türkiyənin milli təhlükəsizliyini, həm də Suriyanın ərazi bütövlüyünü təhdid edən PYD/YPG terror təşkilatlarına qarşı aparılan "Sülh çeşməsi” əməliyyatı bu terror təşkilatlarını zərərsizləşdirməyə yönəlib. PYD/YPG isə Avropa İttifaqı və NATO-nun terror təşkilatı kimi qəbul etdikləri PKK-nın bir qoludur.

Türkiyə Xarici İşlər Nazirliyi tövsiyə edir ki, Beynəlxalq Əfv Təşkilatı və digər mövqesiz beynəlxalq təşkilatlar mövzu ilə bağlı ədalətli araşdırma aparsınlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video