Alternative content

01:27 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çarəsiz canların həyata dönüş ünvanı
Çarəsiz canların həyata dönüş ünvanı
ANA SƏHİFƏ / SİYASƏT
01:44 20.10.2019


"Mehriban xanımın sayəsində bütün arzularım çin oldu. 8 yaşlı övladım danışdı, iməklədi, yeridi...”


Bu binanın da dizaynını O verib...

Hər bucağını, guşəsini ən kiçik detalına qədər gözləri önündə canlandırıb, mükəmməl sənət əsərinə çevrilməsinə, müasir memarlığı ilə göz oxşamasına çalışıb...

Çalışıb ki, bu məkanda olanların ürəyi mənəvi sakitlik tapsın, buradakı aura onların qəlbini rahatlasın, çarəsiz körpə canlar yaşamaq şansı qazansınlar, həyata daha sıx bağlansınlar.

Bu yuva sirli-sehirli bir dünyaya çevrilsin, kiçik sakinlərini nağıllar aləminə qovuşdursun, qalaktikaya, aya-ulduza səyahətə çıxsınlar, atəşlə rəqs etsinlər, sonsuzluğa yol alsınlar...

Naçar anaların fərəhdən ürəkləri dağa dönsün, sevincləri yerə-göyə sığmasın, üzlərində həkk olunmuş kədər cığırlarından xoşbəxtlik şəlaləsi çağlasın...

Bu sadalananlar böyük xeyirxahın, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyat kitabına yazdığı humanist əməllərin qızıl misralarından kiçik bir haşiyədir...


Anaların sevinci...


"Ana idim, amma heç zaman analıq sevinci yaşaya bilməmişdim. Dünyam zülmətə dönmüşdü, oğlum serebral iflic idi. İllərlə onun danışmasını, yeriməsini, heç olmasa sürünməsini, iməkləməsini o qədər arzulayırdım ki... Amma əlimdən heç nə gəlmirdi, donuq nəzərləri gözümə dikilmiş 8 yaşlı balamı bağrıma sıxıb ağlayır, dualar edirdim... Elə bil Allah dualarımı eşitdi və Mehriban xanım Əliyevanın sayəsində çarəsiz övladıma qapı açdı. Mehriban xanımın yaratdığı bu ünvanda bütün arzularım çin oldu, illərlə intizarını çəkdiyim o səsi eşitdim, oğlumun "ana” sözü qulağımda musiqiyə çevrildi, diz çökərək mənə sarı addımlamağını izlədim, o an elə bildim ki, atdığı hər qarış addım ömrümə ömür caladı, məni dünyanın bəxtəvərinə çevirdi. Bu xoşbəxtliyi mənə, mənim kimi minlərlə anaya yaşatdığına görə Mehriban xanım Əliyevaya minnətdaram” deyə bir ana sevinc göz yaşları içərisində fikirlərini bölüşür.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsindəyik.

Elə bir ünvanda ki, buradakı bütün anaların duaları Mehriban xanıma yönəlib. Qayəsi, seçimi insanlara kömək göstərmək, konkret problemləri həll etmək olan Mehriban xanım Əliyevaya.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan mərkəzdə fiziki qüsurlu uşaqlara müstəqil yaşamaq vərdişləri öyrədilir


Yeni Günəşli yaşayış massivində yerləşən bu müəssisə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib. 2007-ci il noyabrın 5-də tərəflər arasında imzalanan Anlaşma Memorandumuna əsasən mərkəzin tikintisinə başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə verilib. Mehriban xanım Əliyeva mərkəzin açılış mərasimində iştirak edib, binada yaradılan şəraitlə tanış olub.

1700 kvadratmetr sahəsi olan mərkəz müasir standartlara uyğun tikilib və müasir avadanlıqla təchiz olunub. Burada uşaqların müalicəsi üçün qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan istifadə edilir. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.

Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılır. Uyğunlaşdırılmış otaqda uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə əyləncəli formada həyata keçirilir. Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır.

Müəssisədə uşaq serebral iflici, Daun sindromu, autizm əlaməti olan 3-18 yaş arası uşaqlar müalicə olunur. Eyni zamanda psixoloji vəziyyətində əqli gerilik, kəkələmə, nitq qüsurlu uşaqlara da xidmət göstərilir. Müəssisəyə qəbul tibbi sosial ekspert komissiyasının göndərişi əsasında olur. Burada 15-ə yaxın prosedur həyata keçirilir. Prosedurların əsasını müalicəvi bədən tərbiyəsi təşkil edir. Çünki bu uşaqların fiziki sağlamlığını bərpa etmək üçün idman daha çox kömək edir. Adele kostyumları, müxtəlif trenajorlar, masaj, banyoterapiya - mirvari suyu ilə olan vannalarla uşaqlar müalicə edilir.


Valideynlər, uşaqlar üçün əvəzedilməz mükafat


Mərkəzdə Heydər Əliyev Fondunun müraciəti ilə internat evlərindən gələn kimsəsiz uşaqlar da reabilitasiyadan keçirlər. Əvvəlcə bura qəbul olunan uşaqların həkim və sosioloqlar tərəfindən kompleks qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə nəticəsində hər bir uşağa fərdi reabilitasiya proqramı tərtib olunur. Bu proqrama əsasən uşaqlar 10 gün reabilitasiya kursunu davam etdirirlər. Onlara hər üç aydan bir, ildə dörd dəfə belə kurslar keçirilir və bu, 18 yaşlarına qədər davam etdirilir, 18 yaşı tamam olanlar isə böyüklər üçün bərpa mərkəzlərinə keçirilirlər.

Bu ilin 7-8 ayı ərzində 300-dən çox uşaq mərkəzdə reabilitasiya kursu keçib. Müəssisədəki bütün xidmət, müalicə, müayinə və prosedurlar pulsuzdur. Müəssisənin direktoru Sevinc Yusifova deyir ki, ölkəmizdə bu cür reabilitasiya mərkəzlərinin yaradılmasına çox ehtiyac var: "Çünki bu xəstəliklər dövrümüzün fəlakətidir və təəssüf ki, getdikcə artır. Daun sindromlu,

autizmli uşaqların sayı çoxalır, o cümlədən də serebral iflic olanların. Mehriban xanım Əliyeva belə reabilitasiya mərkəzləri yaradaraq bu cür uşaqlara, onların valideynlərinə böyük xeyirxahlıq edir”.

S.Yusifova məlumat verir ki, bu uşaqlarda 70 faiz irəliləyiş ola bilər, tam sağalma isə, demək olar ki, mümkün deyil, amma nisbi yaxşılaşmalar müşahidə edilir: "Oturmayan uşaqlar mərkəzimizdə bunu bacarıblar, danışmayanlar danışıblar. Gəzməyən uşaqlar var ki, ilk addımlarını burada atıblar”.

"Uşaq serebral iflicli, Daun sindromlu, autizmli uşaqların çoxalmasının əsas səbəbi yaxın qohum evliliyinin, erkən və gec hamiləliyin olmasından irəli gəlir” deyən direktor qeyd edir ki, burada infeksiyaların da öz rolu var. Qadınlarda toksoplazma, herpes, rubella kimi infeksiyaların faizinin çox olmasının nəticəsi uşaqlarda serebral iflic diaqnozunun artmasına gətirib çıxarır: "Qadınlar uşağı planlamazdan əvvəl həkimə müraciət edib müayinə olunmalı və bu mikrobları varsa müalicə etdirməli, hamiləlik dövründə isə vaxtlı-vaxtında həkim nəzarətindən keçməlidirlər. Bu, gec ailə quran xanımlara da aiddir. Daun sindromlu uşaqların əksəriyyəti 40 yaşdan sonra həyata gətirilən uşaqlardır. Burada da mütləq ultrasəs müayinələrindən keçilməlidir. Dölün birinci trimestrində Daun sindromu özünü büruzə verir. Ona görə də vaxtında ginekoloq məsləhəti alıb nəzarət altında olan valideynlərin həyata daha sağlam uşaq gətirmə ehtimalı çoxdur. Erkən hamiləliklər də ziyandır, 16-17 yaşda bədən tam formalaşmır və həyata sağlam uşaq gətirmir. Acınacaqlıdır ki, hətta elə ailələr var orada iki uşaq serebral iflicidir, autizmdir, əqli geridir və s. Bu, çıxılmaz bir vəziyyətdir və valideyn üçün də yaşamaq çox ağır olur”.


Uşaq serebral iflicinin əsas səbəbi qohum nikahlarıdır


Həkim-nevropatoloq İsmayıl Kərimov da vurğuladı ki, uşaq serebral iflicinin getdikcə artmasının ən ciddi səbəbi qohum nikahlarıdır: "Biz xəstəni qəbul edərkən verdiyimiz ilk sual valideynlər arasında qohumluq əlaqələrinin olub-olmamasıdır. Demək olar ki, müraciətlərin 45-50 faizində qohum evlilikləri qeydə alınır. Bu baxımdan yaxın qohumla nikaha girmək düz deyil. Ola bilər ki, həmin ailədə doğulan uşaqlarda problem olmasın, ancaq gələcək nəsildə bu, mütləq özünü göstərə bilər”.

Fizioterapevt Aynur Həsənova söyləyir ki, uşaq serebral iflicindən əziyyət çəkən xəstələrin müalicəsi uzun sürən prosesdir. Buna görə də zamanında və vaxtlı-vaxtında müalicə vacibdir. Əgər müalicə kursu ləngidilərsə, yaxşı nəticə gözləməyə dəyməz.

Ruhəngiz adlı valideynlə söhbət edirik. Bildirir ki, qızı Əminə serebral iflicdir, artıq 4-5 kursdur bu müəssisəyə gəlir: "Nəticələr ürəkaçandır. Psixologiyasında, sosial uyğunlaşmasında irəliləyişlər var. Əminənin bədən qüsurları, yerişi düzəlib, psixi inkişafı artıb”.

Uşaqlarda kiçik motorikanın inkişafını həyata keçirən Esmira Qurbanova deyir ki, hazırda məşğul olduğu 4 yaşlı uşağın əl əzələləri az inkişaf edib və onunla didaktik vəsaitlərlə işləyir. Bura seqem lövhələr, mozaikalar, piramidalar daxildir. Sonrakı mərhələdə isə özünə xidməti inkişaf etdiriləcək, düymələmə, geyinmə-soyunma və digər vərdişlər yaranacaq. Məktəb dövründə isə məktəbəhazırlıq başlayacaq. Qələmi tutmaq, rəngləmə, oyun xəmiri ilə iş və s.: "Uşaqların həyata inteqrasiyası da unudulmur, onlarda özlərinə xidmət bacarıqlarını inkişaf etdiririk. Belə uşaqlar müəssisəyə gələndə əksər halda geyinib-soyuna, hətta qaşığı belə tuta bilmirlər. Amma 10 günlük reabilitasiya kursunu bitirəndən sonra bu bacarıqlar onlarda əmələ gəlir”.

Azərbaycanda yeganə bu müəssisədə olan sensor terapiya kabinetinə daxil oluruq.

Yarıqaranlıq otağın tavanında ulduzlu göy bərq vurur, quşların cəh-cəhi, çayların şırıltısı, meşənin pıçıltısı duyulur, sanki cənnətə düşürsən...

Psixoloq Nərmin Cəbrayılova məlumat verir ki, bu otaqda aktivləşdirici və passivləşdirici elementlər var: "Məsələn, otağın küncündəki dekorativ ocaq sanki yanır. Autizm uşaqlar bundan çox qorxurlar, amma yaxınlaşdıqda təhlükə olmadığını görürlər, yəni imitasiya edirlər. Buradakı güzgüyə baxaraq sonsuzluğa doğru gedişi kəşf edir, tavana baxaraq səma-ulduzların cazibəsinə qapılırlar, Bethovenin musiqilərini, təbiətin melodiyalarını dinlədikcə sakitləşirlər...”


Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır...


15 yaşlı Kənan Xanlarzadə serebral iflicdir və bu mərkəzə gələndə danışa, otura, yeriyə bilməyib, həmçinin də psixoloji olaraq heç bir şey anlamayıb. Anası söyləyir ki, Kənan onun ilk övladıdır və doğuş zamanı travma alıb: "İndi onda çox irəliləyiş var. Yavaş-yavaş sözlər deyir, sərbəst oturur, yeriyə bilir, ətrafa reaksiya verir, başa düşür: "Ana kimi bu sevinci mənə yaşatdığı üçün Mehriban xanıma təşəkkür edirəm. Birinci xanım mənim övladım da aralarında olmaqla, bu cür fiziki qüsurlu uşaqlara yüksək qayğı göstərir, bərpa mərkəzlərində onlara hər cür şərait yaradır. Mehriban xanım Əliyevanın bizim kimi çarəsiz analara etdiyi yaxşılığın haqqı ödənilməz”.

Sağlam övlad bütün valideynlərin arzusudur. Təəssüf ki, həyatda bir çox valideyn bu arzudan kənarda qalır və bir ömür boyu övladının xəstəliyi ilə mübarizə aparmağa məhkum olur. Uşaq serebral iflici, Daun sindromu, autizm sağalan xəstəlik deyil, amma əlamətlərinin yaxşılaşması mümkündür. Elə bu məsələni əldə əsas tutan Mehriban xanım Əliyeva da ümidsiz körpələrə, yaralı analara dayaq durmağa çalışır. Çalışır ki, həyatda heç bir valideyn məyus olmasın, uşaqlar sağlam, qayğısız böyüsünlər.

Və hər dəfə Birinci vitse-prezidentin təşəbbüsü ilə yaradılan bu cür mərkəzlərdə olarkən qaçan, oynayan, danışan, gülən, sevinən uşaqları gördükcə bir daha əmin oluruq ki, Mehriban xanım Əliyeva qarşısına qoyduğu bu müqəddəs amala çatır. Amma yenə də hər zaman vurğulayır ki, uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır...

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM