Alternative content

01:01 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
ANA SƏHİFƏ / SİYASƏT
01:23 20.10.2019


Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik xidmət orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə rəsmi şəxslərin və diplomatların iştirakı ilə səfirliyin həyətində diplomatik orqanlarımızın yaradılmasının 100 illiyi münasibətilə ağac əkilib. Sonra bu aksiya Türkiyə paytaxtında yerləşən Heydər Əliyev Parkında davam edib.

Daha sonra Heydər Əliyev Parkında Ankaranın Mamak rayonundakı Əli Kuşçu adına orta məktəbin şagirdlərinin Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr etdikləri bədii proqram olub.

Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə Azərbaycanın Dövlət himnini xorla oxuyan şagirdlər vətənimizə, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirlər səsləndiriblər. Qeyd edək ki, şagirdlərin bu proqramı Ankaranın Əli Kuşçu adına orta məktəblə Bakıdakı 47 nömrəli tam orta məktəbin şagirdləri arasında keçirilən "Məktub qardaşlığı” layihəsinin tərkib hissəsidir.

Tədbirin sonunda ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik orqanlarımızın yaradılmasının 100 illiyi ilə bağlı fikir və mülahizələrini jurnalistlərlə bölüşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM