Alternative content

06:49 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:20 20.10.2019


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü şairin irsinin daha geniş təbliğinə və xatirəsinin əbədiləşdirilməsinə böyük töhfədir. Əkiləcək ağaclar, salınacaq bağlar, parklar ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcək.

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağcabədi rayonunda da böyük rəğbətlə qarşılanıb və hazırda bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev AZƏRTAC-a bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü Azərbaycan şairi İmaməddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması və yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu xeyirxah təşəbbüslə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da hazırlıq işləri aparılır. Ağacların Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən 74-121 kilometrlik və Ağcabədi-Ağdam avtomobil yolunun Boyat və Sarıcalı kəndlərinə qədər olan hissəsində əkilməsi nəzərdə tutulur. Artıq ağacların əkiləcək ərazilərində şum işləri aparılıb, arxlar çəkilib, çalalar qazılıb. Sahələrə peyin verilərək əkinə hazırlanıb. Ağcabədi rayonu ərazisində yerli şəraitə uyğun 17 min ədəd həmişəyaşıl və meşə ağacları əkiləcək.

Ağcabədi sakinləri rayon ərazisində yaşıllığın artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayon sakini Aqil İsmayılov deyib: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü ekoloji mühitin yaxşılaşdırılmasına yönəlib. Mən də bir Ağcabədi sakini kimi bu təşəbbüsə həvəslə qoşulmuşam. Hazırda ağacların əkilməsi üçün hazırlıq işləri aparırıq. Ağaclar gələndə onların əkilməsində iştirak edəcəyəm”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM