Alternative content

06:26 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:20 20.10.2019


Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin "Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Mütəfəkkir şairin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü də respublikamızda, o cümlədən Abşeron rayonunda böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfə bir gündə bu qədər sayda ağac əkiləcək. Bu təşəbbüsə layiqincə qoşulmaq əzmində olan abşeronlular böyük həvəslə hazırlıq işlərini davam edirlər.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev AZƏRTAC-a bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında, əkin mövsümündə respublikamızın bütün bölgələrində bir gündə 650 min ağac əkiləcək. Bu təşəbbüsə ürəklə qoşulan Abşeron rayonunda həmin gün 20 min ağac əkilməsi nəzərdə tutulur. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə yerli şəraitə uyğun ağac növləri müəyyən olunub və hazırda ağacların əkilməsi üçün nəzərdə tutulan ərazilərdə çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.

Ağacların yol kənarı ilə yanaşı, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində Xırdalan şəhəri ərazisində çoxmənzilli binaların ətrafında da əkilməsi nəzərdə tutulur. "Abşeronlular bu vacib və nəcib təşəbbüsün əhəmiyyətini yüksək dəyərləndirir və bu genişmiqyaslı tədbirə böyük həvəslə hazırlaşırlar”, - deyə İ.Quluyev əlavə edib.

Rayon ərazisində yaşıllığın artmasına töhfə verəcək bu nəcib təşəbbüsə Abşeron ziyalıları da qoşulacaqlar.

Abşeron sakini, müəllim Elmar Hüseynov deyib: "Mətbuatdan eşitdim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında ölkəmizdə Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkiləcək. Bu xəbər məni çox sevindirdi. İnşallah, ailəmlə birgə genişmiqyaslı tədbirdə iştirak edəcəyik”.

"Hər ağac bir insan ömrüdür. Beləliklə, əkilən ağaclar ölkəmizin təbii sərvətini, təmiz havasını, sağlamlıq üçün vacib olan oksigeni təmin edir. Baxın, indiyə kimi əkilən ağaclar ölkəmizin təbiətinə nə qədər gözəllik qatır, yaşıllığı artırır, ekologiyaya müsbət təsir göstərir. Biz abşeronlular bu təşəbbüsü yüksək dəyərləndiririk”, - deyə o qeyd edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM