Alternative content

03:32 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prinsipial mövqe
Prinsipial mövqe
ANA SƏHİFƏ / SİYASƏT
01:16 20.10.2019


Təkzibolunmaz bir həqiqətdir ki, Azərbaycan dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkan kimi həmişə əhəmiyyətini saxlayır.

Bir neçə gün əvvəl Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər əbəs yerə deyildir ki, dünya mediasının gündəmindən düşmür.

Tədbirdəki çıxışında ölkəmizin inkişafı haqqında ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalının nəticələrinə yönəltdi. O, bir daha vurğuladı ki, münaqişənin həllinə ikili standartlarla yanaşan beynəlxalq təşkilatlar 25 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsinə göz yumurlar.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın tərkib hissəsidir və nöqtə” bəyanatının heç bir tarixi əsası olmadığını faktlarla sübut etdi. 1828-ci il Türkmənçay müqaviləsi ilə Rusiya və İran arasında torpaqları bölüşdürülənədək Azərbaycan həm Qarabağ xanlığının, həm də İrəvan xanlığının sahibi idi. Dövlət başçısı diqqətə çatdırdı ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, məhz Azərbaycanın tərkibində qalmasından söhbət gedir.

Respublika Prezidenti çıxışının sonunda belə bir haqlı fikir səsləndirdi: "Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb, Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qan verən ürək yarasıdır. Milyonlarla soydaşımızı narahat edən bu yara hərbi güc hesabına da olsa bağlanmalıdır.

Digər tərəfdən, cənab İlham Əliyev əsrlər boyu yaddaşlarda qalacaq bu çıxışı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında erməni millətçilərinin və onların havadarlarının yaratdığı informasiya blokadasını qətiyyətlə darmadağın etdi.

"Valday” klubu kimi mötəbər bir təşkilatın, 74 ölkədən min nəfərdən çox nümayəndənin, dövlət və hökumət başçılarının, elm və analitik təhlil mərkəzlərinin rəhbərlərinin qatıldığı tədbirdə ölkə rəhbərinin səsləndirdiyi qətiyyətli mövqe yerində və məqamında nümayiş etdirilən bir fikir kimi dəyərləndirilməlidir.

Mən də bir ziyalı və tarixçi kimi bütün müəllimləri, ziyalıları "Qarabağ Azərbaycandır!” hərəkatına qoşulmağa, Prezident İlham Əliyevin arxasında sarsılmaz bir xalq hərəkatının dayandığını bir daha nümayiş etdirməyə çağırıram!

Hüseynbala ƏLİYEV,

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM