Alternative content

03:31 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar
Məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar
ANA SƏHİFƏ / SİYASƏT
01:13 20.10.2019


Oktyabr ayının 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Prezidenti cənab İlham Əliyev dərin məzmunla və yüksək effektli çıxışında ölkəmizin əsas problemini yenidən gündəmə gətirərək Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə bir daha təfsilatı ilə çatdırmışdır.

Möhtərəm Prezident öncə Ermənistanın iç üzünü açaraq onun rəhbərlərinin yalanlarını ortaya qoydu. Cənab İlham Əliyev rəhbər müdrikliyi və siyasətçi məharəti ilə faktlar əsasında sübut etdi ki, Ermənistanın rəhbərləri və siyasətlə məşğul olanları həmişə yalan danışıblar, əslində ermənilər Azərbaycan ərazisinə sonradan köçürülüb, bizim torpaqlarımızda yerləşdiriliblər və ərazilərimiz hesabına özlərinə dövlət qurublar.

"Qarabağ-Azərbaycandır və nida işarəsi” sözləri ilə çıxışını bitirən Prezident İlham Əliyev bununla da beynəlxalq aləmə və Ermənistana çox ciddi və qəti bir mesaj çatdırdı.

Məhz "Valday” forumunda cənab Prezident ermənilərin məhdud yerli dairədə səslənmiş” nöqtə”sinə beynəlxalq miqyaslı forumda "nida” ilə cavab verib bir daha dünyaya bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək, müstəqil və güclü Azərbaycan Ermənistanın öz işğalçı siyasətini davam etdirməsinə imkan verməyəcək və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar.

Bu tarixi çıxış hər birimizə çox böyük güc, inam və qürur verdi, bütövlükdə gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxardı.

Prezidentimiz bu tutarlı və sərrast cavabın təsirini və əhəmiyyətini xüsusi vurğulayaraq bəyan etdi ki, Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir: "Mən ona elə bir yerdə cavab verdim ki, hər kəs eşitsin. Mən canlı efirdə, Rusiyada, mötəbər "Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi”.

Doğrudan da, Ermənistana elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Qarabağ Azərbaycandır və nida işarəsi. Vəssalam. Cəsarət və qətiyyət nümunəsi olan bu ifadənin arxasında möhtəşəm bir gücün dayandığı şəksiz həqiqətdir. Bu güc xalqın iradəsi, qələbəyə sonsuz inam, güclü lider, güclü dövlət, güclü ordu vəhdətidir. Əminik ki, çox yaxın vaxtda xilas olunmuş Qarabağda Prezidentimizin komandanlığı ilə müzəffər ordumuzun möhtəşəm qələbə paradını keçirəcəyik. Hökmən belə olacaq və o gün uzaqda deyil. Prezidentin "Valday”dakı çıxışı xalqın ürəyindən xəbər verdi. İndi hər yerdə adamlar bu çıxışdan danışırlar. Əhali böyük ruh yüksəkliyi ilə Prezidenti dəstəkləyir.

Ədalət ƏSGƏROV,

Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM