Alternative content

04:12 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-neft-qaz məhsullarının ixracı 12 faizdən çox artıb
Qeyri-neft-qaz məhsullarının ixracı 12 faizdən çox artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:50 20.10.2019


Cari ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 110 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu dövrdə ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 340,7 milyon, o cümlədən ixracın dəyəri 12 milyard 958,8 milyon, idxalın dəyəri 9 milyard 381,9 milyon dollar təşkil etmiş, nəticədə 3 milyard 576,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,1, real ifadədə 3,2, o cümlədən idxal 8, ixrac 0,8 faiz artmışdır. 8 ay ərzində ölkədən 1 milyard 277,4 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,8, real ifadədə 12,2 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 28,6 faizini İtaliyaya, 12,9 faizini Türkiyəyə, 7,1 faizini İsrailə, 5,6 faizini Hindistana, 5,1 faizini Çinə, 4,8 faizini Almaniyaya, 4 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,3 faizini Fransaya, 3,2 faizini Çexiyaya, 2,9 faizini Gürcüstana, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Portuqaliyaya, 2 faizini Ukraynaya, 12,6 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,6 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstün olmuşdur.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiya, 12,7 faizi İsveçrə, 10,4 faizi Türkiyə, 9,1 faizi Çin, 6,3 faizi ABŞ, 5,0 faizi Almaniya, 4,2 faizi Kanada, 3,6 faizi İran, 3,2 faizi Ukrayna, 3,1 faizi Avstraliya, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 19,9 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Hesabat dövründə 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,5 faiz, şəkər - 1,6 dəfə, tütün - 2 dəfə, meyvə və tərəvəz şirələri - 37,0 faiz, çay - 9,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 47,7 faiz, pambıq lifi - 1,6 dəfə, pambıq ipliyi - 43,7 faiz, emal olunmamış alüminium - 15,2 faiz, qara metallardan yarımfabrikatlar - 10,4 faiz, bentonit gili - 13,3 faiz artmış, təzə tərəvəz ixracı isə 1,1 faiz, kartof - 7,4 faiz, meyvə və tərəvəz konservləri - 3,5 faiz, bitki yağları - 29,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 20,2 faiz, polietilen - 2,9 faiz, qara metallardan borular - 82,5 faiz azalmışdır.

2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2019-cu ilin eyni aylarında buğda idxalı 16,7 faiz, xam şəkər və şəkər - 50 faiz, təzə meyvə - 4,1 faiz, kərə yağı, digər süd yağları və pastaları - 5,1 faiz, quş əti və onun əlavə məhsulları - 11,3 faiz, kartof - 7,9 faiz, mal əti - 14,6 faiz, təzə tərəvəz - 39,1 faiz, minik avtomobilləri - 1,9 dəfə, polad prokatı - 24,4 faiz, mineral gübrələr - 35,7 faiz, hesablama maşınları, blok və qurğuları - 26,1 faiz, rezin şinlər - 10,4 faiz, mebellər - 6,1 faiz, məişət kondisionerləri - 1,6 dəfə, polietilen - 32,5 faiz, yük avtomobilləri - 1,7 dəfə, avtobuslar - 2,5 dəfə, paltaryuyan maşınlar - 15,7 faiz, qara metallardan künclüklər - 16,0 faiz artmış, bitki yağı idxalı isə 2,2 faiz, siqaret - 46,5 faiz, çay - 0,1 faiz, qara metallardan borular - 12,8 faiz, qara metallardan çubuqlar - 19,1 faiz, sement və sement klinkerləri - 24,7 faiz, məişət soyuducuları - 19,2 faiz azalmışdır.


Ümumi sərmayənin 65,4 faizi istehsal sahələrinə yönəldilib


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 146,2 milyon manat vəsait yönəldilmişdir. Sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

Ümumi sərmayənin 65,4 faizi məhsul istehsalı sahələrinə, 25 faizi xidmət sahələrinə, 9,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5, büdcə vəsaitləri 26,9, bank kreditləri 7,3, əhalinin şəxsi vəsaitləri 6,6, büdcədənkənar fondların vəsaitləri 1,5, sair vəsaitlər 0,2 faiz olmuşdur.

Bakıda Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid” zavodu, polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, tarix-diyarşünaslıq muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə, Bakı şəhərində 960 yerlik ümumtəhsil məktəb binası, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1530 şagird yerlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 50 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624 yerlik, İsmayıllı rayonunda 400 yerlik, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 yerlik olmaqla 3 ümumtəhsil məktəb binası, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM