20 Oktyabr 2019 00:49
525
İQTİSADİYYAT
A- A+

Fermerlər üçün embrion köçürmə texnologiyası mövzusunda təlim keçirilib


Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Azərbaycanda qoyunçuluq sahəsində damazlıq və seleksiya işinin təşkili” layihəsi çərçivəsində "Embrion köçürmə texnologiyası” mövzusunda təlim keçirilib. Təlimdə bölgədə fəaliyyət göstərən fermerlər, istehsalçılar, aqrar ixtisas üzrə təhsil alan tələbələr, elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət məhsullarına olan tələbatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi mühüm əhəmiyyət daşıyır. Xüsusən müasir dünya təcrübəsinə əsaslanaraq xırdabaşlı heyvandarlığın yeni üsullarla inkişaf etdirilməsi müasir dövrün tələblərindən biridir. Bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar, eləcə də Aksaray Universitetinin əməkdaşı, professor Tahir Karaşahin ekspert qismində 1 il müddətində Azərbaycana ardıcıl səfərlər edəcək və yerli mütəxəssislərlə birgə kompleks tədbirlər həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili və digər məsələlər ətrafında maarifləndirmə işləri aparılacaq.

Təlimdə çıxış edən Türkiyənin Aksaray Universitetinin professoru Tahir Karaşahin təlimdə xırdabaşlı heyvanların süngürlənmə və süni mayalanma üsulu ilə artırılmasının elmi yolları barədə təqdimatla çıxış edib, fermerlərin suallarını cavablandırıb.

Daha sonra təlim iştirakçıları institutda yeni yaradılan yem laboratoriyası və intensiv qoyun ferması ilə tanış olublar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video