19 Oktyabr 2019 17:26
523
DÜNYA
A- A+

NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib


ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) diametri 440-990 metr olan iri asteroidin Yerə yaxınlaşdığı barədə məlumat yayıb.

AZƏRTAC NASA-nın Yerətrafı Fəzadakı Obyektlərin Tədqiqatı Mərkəzinin (CNEOS) saytına istinadla xəbər verir ki, oktyabrın 25-də 162082 (1998 HL1) adı verilən göy cismi saniyədə 11,2 kilometr sürətlə Yerin təxminən 6,2 milyon kilometr yaxınlığından keçəcək.

NASA-nın məlumatına görə, həmin asteroid 1998-ci ilin aprel ayında kəşf olunub. Astronomlar onu Apollonlara – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edir.

Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarə planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən çox olan iri asteroidlərin 93 faizini aşkarlayıb. Belə obyektlərin təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur. Alimlər, həmçinin Yerin yaxınlığında yerləşən orta ölçülü (100 metrdən bir kilometrə qədər) asteroidlərin sayını da müəyyənləşdirə bilib: 19,5 min ədəd.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video