19 Oktyabr 2019 11:37
602
CƏMİYYƏT
A- A+

Dövlət sərhədini pozan şəxslər saxlanılıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Oktyabrın 17-də "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən daxili orqanlarından 630 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Oktyabrın 18-də Xaçmaz rayonunun Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.

Hər üç cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video