Alternative content

16:17 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhkəmə-hüquq sistemində islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoyur
Məhkəmə-hüquq sistemində islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoyur
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:07 19.10.2019


Hüquqi və demokratik dövlətin əsas atributlarından sayılan, insanların qanuni maraq və mənafelərinin qorunmasında başlıca instansiyalardan olan məhkəmə orqanlarının fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsi Azərbaycanın bütün dünyada müasir qlobal çağırışları nəzərə alan sivil ölkə kimi tanınmasını təmin edir. Respublikamızın sosial-iqtisadi inkişaf tempinin diktə etdiyi zərurətdən irəli gələrək məhkəmə-hüquq sistemində gerçəkləşdirilən ardıcıl islahatlar məhkəmələrin fəaliyyətində çevikliyin, səmərəliliyin, şəffaflığın yüksəldilməsinə, ümumilikdə, insan və vətəndaş məmnunluğunun təminatına xidmət edir.

Xalqımızın Ümummilli Lideri, dünya miqyaslı şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan məhkəmə-hüquq islahatlarını son 16 ildə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına, demokratik proseslərin inkişaf tempinə adekvat olaraq məhkəmə-hüquq sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Ölkə rəhbərinin siyasi iradəsilə 2003-cü ildən etibarən Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə yaradılmış işçi qrupları tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanunlar, habelə "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi məhkəmələrin fəaliyyətində davamlı müasirləşmənin əsasını qoymuşdur.

Məhkəmə hakimiyyətinin özünüidarə imkanları genişləndirilmiş, bu funksiyanı uğurla həyata keçirən Məhkəmə-Hüquq Şurası tərəfindən yeni regional məhkəmələrin yaradılmasına və hakimlərin sosial müdafiəsinin gücləndirilməsinə diqqət artırılmışdır. Bu istiqamətdə ilk mühüm addım dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı olmuşdur. Çoxşaxəli məhkəmə islahatları üçün baza rolunu oynamış həmin fərmanla regionlarda yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələr, həmçinin Ədliyyə Akademiyası yaradılmışdır. Bundan əlavə, hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuş, hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmə, o cümlədən regional apelyasiya məhkəmələrinin təsis edilməsi əhalinin bu instansiyalara müraciət imkanlarını asanlaşdırmış, insanların Bakıya üz tutmasına ehtiyac qalmamışdır. Dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarının icrası ilə bağlı ölkədə 4 yerli ağır cinayətlər məhkəməsi, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə 7 inzibati-iqtisadi məhkəmə yaradılaraq fəaliyyətə başlamışdır.

Tarixən ədalət mühakiməsinin səmərəliliyi həm də hakimlərin yüksək mənəvi keyfiyyətləri, peşəkarlıqları ilə şərtlənmişdir. Hakimlər hüququ reallığa çevirən, insanların ədalət və hüquq haqqında fikirlərinə birbaşa təsir edən şəxslərdir. Ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərini yerinə yetirmək, hakim fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalət mühakiməsinin adına xələl gətirən hərəkətlərdən çəkinmək, ədalətli və qərəzsiz olmaq hakim vəzifəsinin ana xəttini təşkil edir. Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində bu tələblərə xüsusi diqqət yetirilir, vətəndaşların haqlı narazılığına səbəb olan neqativ hallara qarşı ciddi tədbirlər görülür. Son illərdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakim korpusunun fəaliyyəti prinsipial qiymətləndirilmiş, bu zaman hər bir hakimə fərdi yanaşılmış, onun bilik və peşəkarlığı ilə yanaşı, mənəvi keyfiyyətləri, insanlara qayğıkeş münasibəti əsas götürülmüşdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə hakimlərin sayının 157 ştat artırılması da ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə imkan yaratmışdır. Bu islahatların sonrakı illərdə də davam etdirilməsi nəticəsində respublika üzrə hakimlərin sayı 2 dəfədən çox artırılaraq 600 nəfər müəyyən edilmişdir. Hakimlərin seçimi prosesi Hakimlərin Seçki Komitəsi tərəfindən test üsulu ilə, tamamilə obyektiv, şəffaf və demokratik şəraitdə həyata keçirilmiş, ümumilikdə 400-dən çox hakimliyə namizəd test üsulunda uğur qazanaraq bu vəzifəyə təyin olunmuşlar. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Bu seçki və təyinatların beynəlxalq standartlara tam cavab verdiyi, ədalətli və şəfafaf mexanizmlər əsasında reallaşdırıldığı Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmuş, Azərbaycan təcrübəsi digər ölkələrə nümunə kimi göstərilmişdir.

Ötən illərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə paralel şəkildə məhkəmə infrastrukturunun müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Dünya Bankının dəstəyilə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində son illər məhkəmələr üçün inşa edilən inzibati binalar müasirliyi, rahatlığı, yeni texnologiyaları ilə seçilir. Son 10 ildə Bakının Yasamal, Sabunçu, Nərimanov rayonlarında, habelə Gəncə, Oğuz, Gədəbəy, Şəki, Qəbələ və İmişlidə yeni məhkəmə komplekslərinin inşa edilərək istifadəyə verilməsi cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmış, ədalət mühakiməsinin səmərəliliyini yüksəltmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı isə "ASAN xidmət”in formalaşması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil və şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan yaratmışdır. Hazırda ölkə üzrə məhkəmələrin 60 faizini əhatə edən bu sistem vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaratmaqla, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edir. "Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə 2017-ci ildə Avropa Şurasının ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülmüşdür.

Aparılan məhkəmə islahatları çərçivəsində cəza siyasətinin humanistləşdirilməsi, cəzanın tərbiyəvi mahiyyətinin önə çəkilməsi də mühüm addımlardan biri kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı bu baxımdan tarixi əhəmiyyətli sənəd olmuşdur. Bu sahədə aparılacaq islahatlar üçün "strateji yol xəritəsi” rolunu oynayan sərəncam əsasında penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi təmin edilmiş, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı isə məhkəmə-hüquq sistemində, sözün əsl mənasında, inqilabi islahatların əsasını qoymuşdur. Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi; sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması; hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması; hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması; məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi; məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması; ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının daha 200 nəfər artırılması və digər mühüm tapşırıqlar əksini tapmışdır.

Hakimlərin sosial təminatının davamlı şəkildə yaxşılaşdırılması da ölkədə şəffaf və ədalətli məhkəmə sisteminin yaradılması istiqamətində aparılan islahatların səmərəliliyini yüksəldir. Xüsusi razılıq hissi ilə qeyd etmək lazımdır ki, dövlət başçısının 23 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin sosial-maddi təminatının gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapmışdır.

Qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsi, səmərəli təşkilatçılığı ilə aparılan məhkəmə-hüquq islahatları cəmiyyətdə qanunçuluğun və ədalət mühakiməsinin səmərəliliyinin yüksədilməsi baxımından inqilabi yenilikləri təmin etmişdir. Mütərəqqi haldır ki, ictimaiyyətdə rəğbət doğuran bu islahatlar cəmiyyətin müasir inkişaf trendlərinə uyğun davam etdirilir, vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi daim önə çəkilir.

Faiq QASIMOV,

Bakı Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM