18 Oktyabr 2019 23:28
557
SİYASƏT
A- A+

Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir


Ermənistan XİN-i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun "İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın "Kazan sənədi”ndən imtina etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandıraraq deyib: "Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən "Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, "Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu. Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 mart tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik.

"Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib.

Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video