Alternative content

16:16 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:11 18.10.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 oktyabr- Dövlət Müstəqilliyi Günü qeyd olunub. UNEC-dənAZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ədalət Muradov bu əlamətdar günün tarixinə qısa nəzər salıb. Qeyd edib ki, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxtdir. Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor, Ulu Öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc azadlıq və müstəqilliyin hər bir vətəndaş üçün, millət üçün əvəzolunmaz nemət, xeyirxahlıq təcəssümü olduğunu deyib. O, xalqına xidmət etməyi hədəfləyən ali təhsil müəssisələrinin dövlətin ambisiyalarına cavab verdiyini vurğulayaraq, ölkənin müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.

UNEC-in professoru Abbas Seyidov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvləri Azərbaycanın Dövlət himnini ifa ediblər. İqtisadiyyat fakültəsinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM