18 Oktyabr 2019 22:35
485
CƏMİYYƏT
A- A+

“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb


Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fəal gənclər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın dövlət himninin oxunması ilə başlanan tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov məruzə ilə çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlardan söz açıb. Bildirib ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla təcavüzkar siyasətini davam etdirir. Ermənistanın baş nazirinin avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə” açıqlaması da bu ölkənin əsl məqsədinin işğalçılıq olmasını bir daha göstərir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ermənistan rəhbərliyinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatına sərt və tutarlı cavab idi. Prezident İlham Əliyev bu çıxışı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya bəyan etdi.

Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Şirxan Baxşəliyev, 93 saylı tam orta məktəbin direktoru Samir Abdullayev, Ağdam Musiqi Kollecinin müəllimi Teymur Köçərli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıb, Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının ağdamlı gənclər tərəfindən rəğbətlə qarşılandığını və böyük ruh yüksəkliyi yaratdığını diqqətə çatdırıblar. Bildirilib ki, ağdamlı gənclər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyada görürlər. Ali Baş Komandanın hər bir əmrinə hazır olan ağdamlı gənclər dövlətimizin başçısının qətiyyətli mövqeyini dəstəkləyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video