18 Oktyabr 2019 19:07
477
DÜNYA
A- A+

Londonla Brüssel arasında yeni Brexit sövdələşməsi

Böyük Britaniyanın Baş Naziri Boris Conson bildirmişdir ki, Birləşmiş Krallıq Avropa İttifaqından (Aİ) çıxmaq (Brexit) üçün Aİ ilə sazişə nail olmuşdur. Bu barədə "BBC News” xəbər verir.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker sazişi ədalətli və balanslaşdırılmış sənəd kimi qiymətləndirmişdir. Tərəflər sazişə Aİ sammiti ərəfəsində gəlmişlər.

Bununla belə, sənədi hələ Böyük Britaniya Parlamenti və Avropa Parlamenti təsdiqləməlidir. Əgər deputatlar sazişə razılıq versələr, Brexit "sərt” olmayacaq.

Conson Brexitin oktyabrın 31-dək baş tutmasını istəyirdi. Sənədi müzakirə etmək üçün Böyük Britaniya parlamenti bu gün iclasa toplanacaq. Xatırladaq ki, əvvəllər İcmalar Palatasının üzvləri Brexitin təxirə salınmasına tərəfdar idilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video