18 Oktyabr 2019 19:03
449
CƏMİYYƏT
A- A+

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr artıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-70 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 78 faizinə bərabərdir.

Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr artaraq 331 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 181 santimetr olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 114 santimetrə bərabər olub. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 155 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr azalaraq 30 santimetr olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video