Alternative content

13:52 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
ANA SƏHİFƏ / SİYASƏT
17:26 18.10.2019

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığı məhdudlaşmış 23 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə "Naz Lifan 320” markalı minik avtomobili təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada ərazi bütövlüyümüzün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı şəxslərə aylıq müavinət və təqaüdlər vaxtında ödənilib, 639 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 390 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 324 nəfərə texniki reabilitasiya vasitələri təqdim edilib. Müvafiq dövrdə 11 nəfərə minik avtomobili, 17 ailəyə mənzillər təqdim olunub, sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə tədbirlər davam etdirilib. Dövlət Müstəqilliyi Günündə müvafiq kateqoriyadan olan şəxslərə minik avtomobillərinin təqdim edilməsi də göstərilən qayğının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunduğunu bildirib, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək deyib: Ölkəmizdə dövlət müstəqilliyi elan olunduqdan sonra yaranan ağır vəziyyət müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyini qorudu və əbədi etdi. Ölkə Prezidenti tərəfindən Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, müstəqilliyimiz daha da möhkəmlənir.

"Bu gün ölkəmizin inkişafında, müstəqilliyimizin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində əməyi olanlara hərtərəfli qayğı göstərilir. Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanlara minik avtomobillərinin təqdim olunması bunu bir daha təsdiq edir. Dövlətimiz tərəfindən göstərilən bu diqqət hər kəs üçün nümunədir”, - deyən Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə avtomobillə təmin olunanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığı məhdudlaşmış Vaqif Ağalarov müharibə veteranları adından minnətdarlıq edərək deyib: "Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Eyni zamanda, Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə veteranları, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, çox rahat yaşayırıq. Müstəqillik Günündə minik avtomobili ilə təmin olunmağımız bizi qürurlandırır”.

Avtomobillərlə təmin olunan Novruz Hüseynov, Firdovsi Ağayev və digərləri də göstərilən diqqətə görə minnətdarlıq ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM