18 Oktyabr 2019 17:12
609
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan: 120 saat ərzində məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq təyin edilən ərazini tərk etməlidir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi” antiterror əməliyyatının 120 saatlıq dayandırılması barədə açıqlama verib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Türkiyə və ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı əldə olunan razılaşmanı qiymətləndirib. Bildirilib ki, hazırda davam edən 120 saat ərzində məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq təyin edilən ərazini tərk etməlidir.

Əldə olunan razılaşmanın bir xüsusiyyətinin də Türkiyənin bölgədə yerləşən təhlükəsizlik qüvvələrinin oranı tərk etməməsi olduğunu deyən Prezident qeyd edib ki, bu müddət ərzində heyətlər arasında danışıqlar davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video