Alternative content

17:52 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BSU-da tədbir: “50 il qüdrətli Azərbaycan naminə”
BSU-da tədbir: “50 il qüdrətli Azərbaycan naminə”
ANA SƏHİFƏ / Təhsil
01:24 18.10.2019


Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş "50 il qüdrətli Azərbaycan naminə” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) və Təhsil Nazirliyinin məsul şəxsləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirləri, media strukturlarının rəhbərləri, təhsil ekspertləri və ziyalılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.

BSU-da davam edən tədbirdə ali məktəbin nəzdində Məktəb-Lisey Kompleksinin xoru Azərbaycan Respublikasının Dövlət himnini səsləndirib. Sonra tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev” sənədli filminə tamaşa ediblər.

Tədbirdə BSU-nun rektoru, YAP-ın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. O, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutduğunu, bu inkişaf və tərəqqinin Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələri olduğunu vurğulayıb. Rektor müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd edib ki, xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Müstəqillik illərində ölkəmizdə yeni gənc nəslin formalaşdığını, həmin gənclərin məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açdıqlarını deyən rektor onları dövlətimizin təəssübünü çəkməyə, ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırıb.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışan N.Əliyeva siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin gündən-günə möhkəmləndiyini, müstəqilliyimizin daimi və əbədi olacağına əminliyini bildirib.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. O, Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkiləri keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdırıb.

"Biz indi maraqlı və gözəl bir filmi izlədik. Hər dəfə Ulu Öndərlə bağlı yeni bir filmə baxdıqdan sonra düşünürsən ki, bu film əvvəlkindən daha yaxşıdır. Bu ona görə belədir ki, bu filmlərin hamısında bir səmimiyyət var, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük azərbaycanlı obrazı var. Bu filmlərin hər birində Ulu Öndərin şəxsiyyətinin və siyasi müdrikliyinin yeni bir səhifəsi ilə tanış olursan. Səhnədə bizə xoş günlər bəxş etmiş Ulu Öndərin, Azərbaycan Respublikasının üçrəngli bayrağı və "50 il qüdrətli Azərbaycan naminə” yazısından ibarət maraqlı bir şəkil asılıb. Bunlar üçü bir yerdə müasir müstəqil Azərbaycan deməkdir və bir-birini mükəmməl şəkildə tamamlayır” deyən Bahar Muradova Ulu Öndər Heydər Əliyevin qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıtdığını və bu dövlətin müstəqilliyinin etibarlı təminatını yaratdığını vurğulayıb.

Tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirən Bahar Muradova Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yaddaşlarda qalacağını deyib: "Nə qədər ki, Azərbaycan, Azərbaycan xalqı var, Ulu Öndərin dövlətimiz və Vətən qarşısındakı xidmətləri ehtiram və sonsuz minnətdarlıqla xatırlanacaq. Zaman tarixi baxımından bu böyük şəxsiyyəti bizdən uzaqlaşdırdıqca, o, bizim qəlbimizdə böyüyəcək və bizə daha da yaxınlaşacaq”.

BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallı çıxışında böyük siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinin qüdrətli hamisi və qayğıkeş müəllimi olduğunu bildirib. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi xalqımız, Vətənimiz və dövlətimiz naminə hər cür fədakarlığa hazırdır.

Bədii hissə ilə davam edən tədbirdə universitetin "Arzu” rəqs ansamblının ifa etdiyi "Yallı” rəqsi, slavyan xalqlarının rəqsləri, türk rəqsi, "Sarı gəlin” böyük maraqla qarşılanıb. Bununla yanaşı, BSU-da təhsil alan xarici tələbələrin və universitetin tədris-mədəniyyət mərkəzlərində təmsil olunan tələbələrin Azərbaycan və müxtəlif dillərdə Ulu Öndərin kəlamlarını səsləndirmələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Şaban Cəfərovun ifa etdiyi "Azərbaycan” mahnısı, şair Qabil Ədalətin "Bir ulu sərkərdə, bir Ulu Öndər” şeiri tədbirə xüsusi ovqat qatıb. Xalq artisti Azər Zeynalovun ifa etdiyi "Azərbaycan” mahnısı hamıda yüksək əhvali-ruhiyyə yaradıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM