Alternative content

05:11 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 18.10.2019


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu”) Şəmkir rayonunda fəaliyyətə başlayıb.

Bununla əlaqədar KOBİA-nın təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə "KOB Dostu” mexanizmi, mikro, kiçik və orta sahibkarlara "KOB Dostu” tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə məlumat verilib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə "KOB Dostu”na müraciət edə bilərlər. "KOB Dostu” tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstəriləcəkdir. Sahibkarları "KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov "KOB Dostu” şəbəkəsinin ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyini diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov isə rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, "KOB Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

Sonra "KOB Dostu” mexanizmi barədə təqdimat keçirilib.

Tədbir çərçivəsində həmçinin KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş etdirilib, sahibkarların bu dəstəkdən yararlanmaq üçün KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb.

Tədbirin sonunda sahibkarlar Şəmkir Gənclər Mərkəzində fəaliyyət göstərən "KOB Dostu” ofisi ilə tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, artıq Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 2-yə, ölkə üzrə isə 18-ə çatıb.

* * *

Həmin gün həmçinin KOBİA-nın dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində yaradılan istixana təsərrüfatı fəaliyyətə başlayıb. "Azaqro” MMC-yə məxsus istixananın yaradılması üçün KOBİA tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. istiqamətlərdə dəstək göstərilib.

İnvestisiya dəyəri 2,3 milyon manat olan layihəyə investisiya təşviqi sənədi verilib. Hollandiyanın "Çerthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd güldür. Burada yetişdirilmiş güllər daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır. İstixana təsərrüfatında 30 yerli sakin işlə təmin edilib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM