Alternative content

07:24 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi”
“Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi”
ANA SƏHİFƏ / Mədəniyyət
01:06 18.10.2019


Görkəmli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev haqqında yüzlərlə bədii əsərlər, sənədli oçerklər, elmi-publisistik məqalələr, kitablar yazılıb. Bu böyük insanın gördüyü işlərin miqyası o qədər genişdir ki, nə qədər çox yazılsa da, onları tam əhatə etmək mümkün deyil.

Elə bunun nəticəsidir ki, yazılan kitablar, əsərlər Ümummilli Liderin titanik fəaliyyətinin müəyyən bir dövrünə, ya da Azərbaycan üçün gördüyü işlərin müəyyən istiqamətinə həsr olunur.

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun da Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətinin əsas istiqamətlərini əks etdirən yeni kitabı dahi şəxsiyyətin bu gün də uğurla davam etdirilən siyasi kursunun 50 illiyinə həsr olunub.

Müəllifin oxuculara təqdim etdiyi "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” adlı kitabda dahi şəxsiyyətin həyat yolu, tükənməz əməyi, Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin uğurlu nəticələri yer alıb.

Professor qeyd edir ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982-ci illər) ölkə iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci dövr (1993-2003-cü illər) Azərbaycanın "ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluş dövrü kimi tarixin yaddaşına həkk olunub. Heydər Əliyev hər iki halda Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən cıxara bilib: "Müstəqil Azərbaycan dövlətinin Memarı, Yeni Azərbaycanın qurucusu olan və xalqından heç nəyi əsirgəməyən bu böyük sözün əsl mənasında ömrünü öz xalqının yolunda şam kimi əritdi” deyə müəllif qeyd edir.

Kitabda həmçinin, xalqın arzusunu reallığı çevirən Ulu Öndərin Azərbaycana rəhbərlik dövrünün təsnifatı da yer alıb. Qeyd edilir ki, dahi şəxsiyyətin ölkəmizə bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün, 10 ili (1993-2003-cü illər) isə ölkənin müstəqillik illərinin payına düşür: "Dahi liderin ilk dəfə ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan keçən 50 ilin 16 ili isə (2003-2019) cənab İlham Əliyevin hazırda ölkəmizə rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə, bu 50 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovet hakimiyyəti illərinin, 28 ili isə müstəqillik dövrünü əhatə edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri - bərpa və dinamik inkişaf mərhələləri, İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni mərhələsi kimi tarixə düşüb” deyə müəllif kitabda qeyd edir.

Ümummilli Liderlə bağlı xatirələrini də qələmə alan müəllif yazır ki, böyük şəxsiyyətlə dəfələrlə ünsiyyətdə olması həyatının ən yaddaqalan anlarıdır.

Kitabda müəllifin müxtəlif zamanlarda rəsmi və müstəqil mətbuatda dərc edilən "Türk dünyasının müdrük ağsaqqalı”, "Müstəqilliyimiz və milli mənəviyyatımızın qarantı”, "Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat”, "Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi”, "Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi”, "Heydər Əliyev müstəqilliyimizin banisi və Azərbaycan xalqının əbədiyaşay lideridir” və s. digər müxtəlif sərlövhəli yazıları da çap edilib.

Onu da qeyd edək ki, Şahbaz Muradovun həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrin mətbu orqanlarında Ulu Öndərin şəxsiyyəti, apardığı yeganə düzgün siyasət və quruculuq işləri ilə bağlı 500-dən artıq monoqrafiya, kitab və məqalələri çap olunub və geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Müəllifin "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” adlı kitabı Ulu Öndərin siyasi hakimiyyətinin müxtəlif illərində gördüyü əzəmətli işlər, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyəti geniş əks olunub.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM