18 Oktyabr 2019 01:01
491
İQTİSADİYYAT
A- A+

650 min ağac əkək: Ağdaşda ağac əkiləcək ərazilər müəyyənləşdirilib, çalalar qazılır


Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağdaş rayonunda da böyük rəğbətlə qarşılanıb və hazırda hər yerdə olduğu kimi, burada da bu təşəbbüsə ciddi hazırlıq işləri görülür.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov AZƏRTAC-a bildirib ki, rayonumuzun ümumi mənzərəsinə xüsusi gözəllik gətirəcək bu xeyirxah təşəbbüslə əlaqədar ərazilər müəyyənləşdirilib, sahələr təmizlənir, çalalar qazılır və 4500-dən çox ağac əkilməsi planlaşdırılır.

Noyabrda keçiriləcək ağacəkmə kampaniyasına ağdaşlı gənclər də səylə hazırlaşırlar. YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli deyib: "İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü, əlbəttə, dahi şairimizin xatirəsinin yad edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Heç şübhə yoxdur ki, Yer kürəsinin, nəticə etibarilə gələcək nəsillərin sabahını düşünən hər kəs, bu təşəbbüsə qoşulacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video