Alternative content

14:23 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki-Zaqatala bölgəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb
Şəki-Zaqatala bölgəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:15 17.10.2019

Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə keçirilən üçgünlük ixtisaslaşmış kurslar Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən seçki dairələrində də uğurla başa çatıb.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı keçirilən kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 112 saylı Qax seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kursun sonuncu günü - oktyabrın 17-də əvvəlcə rayon prokuroru Hidayət Nurəlibəyovun "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında olduğu kimi, seçkilər sahəsində də böyük uğurlar əldə olunub. Seçki sistemi təkmilləşdirilib, mükəmməl hüquqi baza yaradılıb, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunub.

Bildirilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi hesab edən Azərbaycan dövlətinin və onun rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin fövqündə məhz insan amili, onun mənafe və maraqları dayanır. İnsan və vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri də seçki hüququdur. Seçkilərin keçirilməsində prokurorluq orqanlarının üzərinə də müəyyən vəzifələr düşür. Bu vəzifələr, ilk növbədə, prokurorluq tərəfindən seçkilərdə iştirak edən vətəndaşların seçki hüquqlarının təmini, qanunla müəyyən edilmiş hallarda seçkidə iştirak hüquqlarının və seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Seçki qanunvericiliyində seçicilərin seçib-seçilmək hüququ təsbit edilməklə yanaşı, vətəndaşların seçki hüququnun pozulmasına görə məsuliyyət də nəzərdə tutulub.

Mərkəzi Seçki Komissiyasının təşkilat və hüquq şöbələrinin əməkdaşları Faiq Bəşirov və Könül Nəbiyeva çıxışlarında seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən bəhs ediblər.

Sonra dairə seçki komissiyasının sədri Abdukərim Əliyev iştirakçılara bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri barədə ətraflı məlumat verib.

İxtisaslaşdırılmış kurslara dairə seçki komissiyasının 9 üzvü və 58 məntəqə seçki komissiyasının sədrləri cəlb edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM