Alternative content

16:43 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdam: ixtisaslaşdırılmış kurslar iştirakçıların fəallığı şəraitində başa çatıb
Ağdam: ixtisaslaşdırılmış kurslar iştirakçıların fəallığı şəraitində başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:13 17.10.2019

Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza mövcuddur. Ölkəmizdə seçki təcrübəsi ildən-ilə təkmilləşdirilir. Qarşıdan gələn bələdiyyə seçkiləri də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir oktyabrın 17-də Ağdam rayonunun ərazisində fəaliyyət göstərən 118 və 119 saylı seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kursların sonuncu günündə səsləndirilib. Kurslarda 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 21, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 42 məntəqə seçki komissiyasının sədri, dairə seçki komissiyalarının üzvləri, habelə işğal altındakı digər rayonlardan olan məntəqə sədrləri iştirak edib.

DSK-ların sədrləri Ramiz Səfərov və Rövşən Şükürov "Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, bu istiqamətdə MnSK-ların fəaliyyətinin təşkili və vəzifələri" mövzusunda seminar keçiriblər. Kursların sonuncu günündə, həmçinin "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda məruzə dinlənilib.

İştirakçıların fəallığı şəraitində keçən kursda mövzular ətrafında fikir mübadiləsi aparılıb, dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM