Alternative content

13:53 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:12 17.10.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi barədə təşəbbüsü özlüyündə gözəl ideyadır. Bu təşəbbüs həm də ona görə dərin məna kəsb edir ki, o, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr edilib. Övladlarımız bilməlidirlər ki, ölkəmizin tarixində belə bir ŞAİR olub: o, canından keçməyə razı olub, lakin dünyaya baxışından imtina etməyib. Əminəm ki, ölkəmizin milyonlarla vətəndaşı bu faydalı və gərəkli təşəbbüsü dəstəkləyəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əkmək üçün tingləri həm idarə və təşkilatlara, həm də arzu edən hər kəsə pulsuz paylayacaq. Ona görə də mən hər kəsi bu nəcib təşəbbüsün həyata keçirilməsində fəal iştirak etməyə çağırıram.

Dünya şöhrətli yazıçı Çingiz Abdullayev bu fikirləri böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi şərəfinə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülmüş 650 min ağac əkmək təşəbbüsünü şərh edərək söyləyib.

Xalq yazıçısı deyib: "Təyyarə ilə bircə dəfə də olsa Bakıya gələn hər kəs mənim sevimli şəhərimə yaxınlaşarkən səmadan necə mənzərə açıldığını bilir. Bizdə yaşıllıqlar çox cüzidir. Üstəlik, bəzi yaramazlar şəxsi mənfəət naminə ağacları kəsirlər. Onlar başa düşmürlər və ya başa düşmək istəmirlər ki, söhbət övladlarımızın və nəvələrimizin gələcəyindən, milyonlarla insanın yaşadığı meqapolisin ekologiyasından gedir. İndi məhz elə vəziyyət yaranıb ki, siyasi baxışlarından və ya əqidəsindən asılı olmayaraq hamı sıx birləşə bilər. Bu, çox gözəl ideyadır və ölkəmizin bütün vətəndaşları – Prezidentdən başlamış məktəblilərə və tələbələrə qədər hər kəs bu ideyanı dəstəkləməlidir. Belə bir məsəl var, deyərlər hər bir kişi oğul tərbiyə etməli, ev tikməli və ağac əkməlidir. Mən bunların hamısını etmişəm, lakin bu gözəl ideyaya və qoşulmağa hazıram. Bu, ölkəmiz üçün bizim edə biləcəyimiz işlərin bəlkə də ən yaxşısıdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM