Alternative content

06:51 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin bir çağırışı milyonları səfərbər etdi
Prezidentin bir çağırışı milyonları səfərbər etdi
ANA SƏHİFƏ / SİYASƏT
02:07 17.10.2019


YAP gəncləri "Qarabağ Azərbaycandır!” hərəkatının öncülləri olacaq


Müasir Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, idarəçiliyi və gərgin əməyi nəticəsində qoyulmuş möhkəm təməl sonrakı illərdə respublikamızın kompleks, davamlı və dinamik yüksəlişi üçün möhkəm zəmin yaratdı. Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun ideyaları reallığa çevrilərək ölkəmizin hazırkı inkişafında, qazanılan böyük uğurlarda öz tarixi əksini tapır.


16 ilin inkişaf salnaməsi


İlham Əliyevin ilk dəfə qatıldığı prezident seçkisində qazandığı möhtəşəm qələbədən 16 il ötür. 2003-cü ilin prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq prezidentlik missiyasına başlayan cənab İlham Əliyev ötən 16 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və inkişaf strategiyasını layiqincə davam etdirib. Ona görə 16 il müstəqil Azərbaycanda cəmiyyət həyatının bütün sahələrinə möhtəşəm inkişafla və yüksəlişlə əlamətdar olub. Azərbaycanın bu dövrdə sosial-iqtisadi inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin, siyasi kursunun uğurla davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.

Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Prezident İlham Əliyev bu strategiyanı inamla davam etdirərək qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir. Bu mənada Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin qətiyyəti, siyasi və liderlik keyfiyyətləri ilə həyata vəsiqə alması bugünkü nailiyyətlərimizi təmin etməkdədir.

2003-cü ildə Prezident seçildikdən sonra cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionları sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Fərəhli haldır ki, 16 il ərzində Azərbaycanın nail olduğu ən böyük uğurlar sırasında iqtisadiyyatın inkişafı, ölkəmizin bütün regionlarının yüksəliş yoluna çıxarılması, bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsi, nəinki şəhər və qəsəbələrin, hətta kəndlərin simasının dəyişməsidir. Mübaliğəsiz demək olar ki,16 ildə bütün Azərbaycan yenidən qurulub, siması dəyişib. İqtisadi inkişaf nəticəsində ölkədə on minlərlə yeni istehsal sahələri açılıb, iqtisadiyyatımız təxminən 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə çoxalıb, 2 milyona yaxın yeni iş yeri açılıb.

Təbii ki, iqtisadiyyatda əldə edilən uğurlarda Heydər Əliyevin müəllifi olduğu enerji siyasətinin böyük rolu var. Bu 16 ildə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin edib. Neft-qaz kəmərlərinin çəkilməsi və işə salınması, hasilatının çoxalması ölkənin milli gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına və davamlı inkişafına əlverişli zəmin yaratdı. Beləliklə, yeni neft strategiyasının gerçəkləşməsi ölkə iqtisadiyyatının inkişafının mahiyyətcə yeni mərhələyə qədəm qoymasına, müasirləşməsinə güclü təkan verdi. Neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmaqla yanaşı, əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın sürətlə inkişaf etməkdə olan modern bir ölkəyə çevrilməsini təmin etdi.

İnkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. 16 ildə 15 min kilometr avtomobil yolunun çəkilməsi, altısı beynəlxalq status daşımaqla 7 aeroportun inşa olunması bir çox dövlətlərin qibtə edəcəyi uğurlardır. Ən mühüm nailiyyətlərdən biri də ölkədə elektrik enerjisinə, içməli suya və təbii qaza olan tələbatın tam ödənilməsidir. 16 il ərzində 30 elektrik stansiyası tikilib. Bunun nəticəsi olaraq Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli suya olan tələbatının daha keyfiyyətli ödənilməsinə yol açdı. Bütövlükdə, ölkədə içməli su ilə təminatın 26 faizdən 67 faizə, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 96 faizə çatması mühüm uğurlarımız sırasında yer alan inkişaf nümunələridir. Tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilməsi müasir Azərbaycanın ən mühüm inkişaf reallıqlarından biridir. 3 min 200-dən çox məktəbin, 640 tibb müəssisəsinin əsaslı təmir edilməsi və ya yenidən tikilməsi, 44 olimpiya mərkəzinin inşası keçilən möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir.

Bütün bunlar həm də dünya ictimaiyyətinin qəbul etdiyi gerçəklikdir. Təsadüfi deyil ki, ölkəmizdə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də etiraf olunur. Hətta qlobal böhran dövründə iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən islahatlar beynəlxalq ictimaiyyətin diqqətindən qaçmır. Ona görə məhz bu uğurların müəllifi olan Prezident İlham Əliyev dəfələrlə beynəlxalq sorğuların, nüfuzlu nəşrlərin araşdırmalarının nəticələrinə əsasən ali mükafatlara, titullara layiq görülüb. O cümlədən Azərbaycanda keçirilən rəy sorğuları da ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin siyasi xəttinə olan etimadını, inamını və dəstəyini dəfələrlə təsdiq edib. Təsadüfi deyil ki, ölkədə bütün sahələrdə gedən inkişaf proseslərinin davamlı olmasına öz seçimi ilə töhfə verən Azərbaycan xalqı ötən il aprelin 11-də keçirilən prezident seçkilərində də İlham Əliyevə dəstəyini növbəti dəfə nümayiş etdirdi.


İlham Əliyev: "Qarabağ Azərbaycandır və nida işarəsi”


Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın dostlarının sayını artırıb, beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə, kosmik klubun üzvünə çevrilməsinə qədər möhtəşəm nailiyyətlərə imza atıb. Bütün bunlar dolayısı ilə təsdiqləyir ki, Azərbaycan beynəlxalq dilemma qarşısında deyil, hansısa məsələdə tərəddüd etmir. Yeganə problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ərazi bütövlüyünü bərpa etmək Azərbaycan üçün çətin deyil. Çünki malik olduğu hərbi potensial Azərbaycana ən qısa müddətdə Ermənistanı darmadağın etməyə imkan verir. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Düşmən də bilir ki, Azərbaycan dövləti və xalqı heç bir zaman torpaqlarımızın işğal altında olması ilə barışmayacaq. Prezident İlham Əliyev Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Sözsüz ki, "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasının ən yaddaqalan məqamı İlham Əliyevin nitqi oldu. Xüsusən Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri bir daha dünya ictimaiyyətinə və Ermənistana ciddi mesaj oldu. İlham Əliyev konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi, "Qarabağ Azərbaycandır!” söyləməklə növbəti dəfə dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi. Beləliklə, İlham Əliyev ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu, Paşinyanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki çıxışını və bütövlükdə Ermənistanın dövlət təbliğatını beynəlxalq səviyyədə ifşa etdi. Ona görə bu, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən, çox güclü, dəqiq, yığcam və eyni dərəcədə obyektiv bir çıxış kimi tarixə düşdü.


Düşmənə vurulan siyasi-diplomatik zərbə


Bir neçə gün əvvəl Bakının Qaradağ rayonunda "Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı məcburi köçkünlərlə söhbətində bu mövzuya toxunan Prezident İlham Əliyev deyib: "Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər "Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar”.

Bəli, İlham Əliyev Paşinyanın cavabını Bakıdan deyil, dünyanın bütün siyasi mərkəzlərinin izlədiyi mötəbər beynəlxalq tribunadan verdi. Kifayət qədər populyarlıq qazanmış "Valday” diskussiya platformasında bir çox ölkə rəhbərləri, dünyanın ən nüfuzlu akademik dairələri, siyasətçilər, jurnalistlər bəşəriyyətin qarşısında duran ən aktual problemləri müzakirəyə çıxarırlar. Və belə bir tədbirdə İlham Əliyev Ermənistanın baş nazirinin cavabını verdi. Bu, nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da sərt və tutarlı cavab kimi yadda qaldı. Tarixə müraciət edən Azərbaycan Prezidenti qətiyyətlə bəyan etdi ki, Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın olub və ora indi də Azərbaycandır. Beləliklə, İlham Əliyev "Qarabağ Ermənistandır” ifadəsinin yalan olduğunu göstərdi. Həmin ərazinin statusu 1921-ci ildə Qafqaz bürosunun qərarı ilə "Azərbaycanın tərkibində qalsın” kimi müəyyən edilib.

Azərbaycan Prezidentinin sözləri həm də "Valday” klubunun toplantısında iştirak edənlərə də bir diplomatik mesaj oldu. Digər tərəfdən İlham Əliyevin sözləri Ermənistanda ciddi rezonans doğurub və təsadüfi deyil ki, erməni mətbuatı Azərbaycan Prezidentinin çıxışının Paşinyanın "nöqtəsini əzib keçdiyini” yazıb.

Azərbaycan Prezidenti MDB dövlət başçılarının Aşqabadda keçirilən Zirvə görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi və bu, Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbə oldu. Bununla həm də Ermənistanın yürütdüyü faşizm siyasətinin beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.


Öndə Yeni Azərbaycan Partiyasıdır


Prezident İlham Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi. Ölkəmizin hər yerində "Qarabağ Azərbaycandır!” sədasını eşidirik. Bu mənada "Qarabağ Azərbaycandır!” mesajı cəmiyyətin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən mühüm ideyalardan biridir. Bu ideya böyük bir hərəkata çevrilir. Bu ideyanın ətrafında cəmiyyət üzvlərinin fəal şəkildə birləşməsi bunu deməyə əsas verir.

Bu ideyanın hərəkata çevrilməsi istiqamətində başladılan fəaliyyətin önündə isə Yeni Azərbaycan Partiyası gəlir. Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda "dəyirmi masa”nın, "Qarabağ Azərbaycandır!” mövzusunda konfransın keçirilməsi göstərir ki, bu tarixi, məsuliyyətli və şərəfli missiyanı məhz Yeni Azərbaycan Partiyası reallaşdıracaq. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov konfransda bununla bağlı deyib: "Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, bu "Qarabağ Azərbaycandır!” hərəkatıdır. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır”.

Təbii ki, YAP üzvlərinin əksəriyyətini təşkil edən gənclər bu ümummilli ideyanın hərəkata çevrilməsi prosesində mühüm rol oynayacaqlar. Cənab Prezidentin çıxışının doğurduğu ümumxalq əhvali-ruhiyyəsinin bir göstəricisi olaraq YAP üzvü olan gənclər tərəfindən "Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fləşmob da keçirilib. Tədbirə yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr "Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

Gənclərimiz bu hərəkatın formalaşmasında öndə olacaqlar. Çünki bu, ümummilli məsələ olaraq xalqımızın öz haqqı uğrunda apardığı ədalət mübarizəsidir. Dövlətini və xalqını sevən hər kəs hərəkata qoşulacaq. Əminik ki, "Qarabağ Azərbaycandır!” əzəmətli hərəkata çevriləcək və İlham Əliyevin sayəsində ən qısa zamanda öz məqsədinə çatacaq.

Aytac ƏLİYEVA,

YAP Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM