Alternative content

19:19 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İctimai fikir tarixində dərin iz buraxan mütəfəkkir
İctimai fikir tarixində dərin iz buraxan mütəfəkkir
ANA SƏHİFƏ / Mədəniyyət
02:02 17.10.2019


Ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmənin tərəfdarı kimi tanınmış Əhməd bəy Ağaoğlunun anadan olmasından 150 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixdə imzaladığı sərəncamda qeyd edildiyi kimi, ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin fəaliyyəti ərzində Əhməd bəy Ağaoğlu parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni, sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir.

İctimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəltməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran, geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfə hesab edilən Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi şərəfinə "Mən kiməm?” kitabının nəşri də mühüm ədəbi hadisə hesab edilir. Vilayət Quliyevin toplayıb, rus və türk dillərindən tərcümə, tərtib etdiyi, müəllifin 40 il ərzində Qərbi Avropa, Rusiya, Azərbaycan, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətində işıq üzü görmüş əsərlərindən, çıxış, məqalə və memuarlarından nümunələr daxil olunan, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yüksək poliqrafiya üsulu ilə çapdan buraxdığı kitab böyük maraqla qarşılanmışdır.

Aktuallığını və əhəmiyyətini bu gün də qoruyub saxlamış əsərlər dil və coğrafi baxımdan fərqli olduğu kimi, mövzu və janr müxtəlifliyi ilə də seçilir və oxucu marağını çəkir. Kitabın adı çox uğurlu seçilib: "Mən kiməm?” Bu sualla Əhməd bəyin özünə müraciətinə əsaslı faktlarla cavab axtarılıb və tapılıb. Kitabın ön söz yerində Vilayət Quliyevin "Əhməd Ağaoğlu kimdir?” sərlövhəli müqəddiməsində deyilir: "Əhməd Ağaoğlu yalnız övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni, ictimai fikir tarixində müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyətlərimizdən, milli tarix və mədəniyyətimizdə öz layiqli qiymətini almamış, böyük türk dünyası, Azərbaycan və Türkiyə ictimai-siyasi fikrinin formalaşması istiqamətində həyata keçirdiyi fəaliyyəti, zəngin nəzəri, elmi-ədəbi irsi tam şəkildə tədqiq edilməmiş, araşdırılıb öyrənilməmiş fikir nəhənglərimizdən biridir”.

Kitabın adındakı suala cavab vermək o qədər də asan deyil, çünki türk romançısı Şükufə Nihalın qeyd etdiyi kimi, o, bəşəriyyətin az rastlaşdığı zənginliklərdən idi: "Alimdi, çalışqandı, mübarizdi, zəki və faydalı insan idi. Lakin mən bunların heç birinin üzərində durmuram. Ağaoğlunun əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi idi: O, insan idi, əsl insan!”

Azərbaycan Cümhuriyyətinin taleyi baxımından Əhməd Ağaoğlu ilə fərqli mövqelərdə dayanmasına baxmayaraq, bu böyük müasiri ilə həyatının sonuna qədər qarşılıqlı hörmət hissini qoruyub-saxlamağı bacaran Məhəmməd Əmin Rəsulzadə deyirdi: "Əhməd bəyin şəxsində biz türk təfəkkür və mətbuat həyatının canlı və həyəcanlı simasını, Avropa qəzetçiliyinin Şərqdəki çox qiymətli təmsilçisini və Yaxın Şərqin avropalaşma, qərbləşmə tarixinin ən səmimi ideoloqunu itirdik”.

Əhməd Ağaoğlunin kimliyini təfsilatı ilə oxucusuna tanıdan kitabın bütün məziyyətləri barədə ətraflı söz açmağa ehtiyac olmasa da, qeyd edilməlidir ki, burada çox zəngin və bəlkə də ilk dəfə oxuyacağımız tutarlı faktlar var. Ə.Ağaoğlunun ədəbi-bədii əsərləri vasitəsilə öz kimliyini xarakterizə etməsi kitabda ilk baxışdan diqqəti cəlb edən məqamlardandır. Kitabı araya-ərsəyə gətirən tərtibçinin az qala bir monoqrafiya həcmində qələmə aldığı məqaləsində ümumiləşmiş, bir məcraya yönəldilmiş faktların zənginliyi həm də ondadır ki, burada istinad mənbəələri çox, şəxsiyyətlərin fikirləri müxtəlifdir.

Onu yaxından tanıyan, Azərbaycan və Türkiyədəki fəaliyyətini ardıcıl izləyən, Əhməd bəyi özlərinə ustad və müəllim sayan iki görkəmli həmvətənimizin fikirləri də yuxarıdakı suala çox tutarlı cavabdır. Çünki burada müxtəlif rakursdan yanaşma var. Məşhur türkoloq-alim, "Azərbaycan Yurd Bilgisi” dərgisinin naşiri və redaktoru, professor Əhməd Cəfəroğlunun fikrincə, Əhməd Ağaoğlu heç vaxt hansısa təhlükə xofundan qorxub çəkinməyib: "...Gördüyü və qarşılaşdığı düşmənlərin üzərinə hücuma keçmiş, azərbaycanlı həyatının bütün nöqsanlarını birbəbir açıb ortalığa qoymuş, cəhalətlə mübarizə aparmış, xocasını, axundunu, mollasını tənqid və istehza hədəfinə çevirmişdi...”

Nəhayət, 1869-cu ildə Şuşada köklü-köməcli bir Qarabağ türkünün ailəsində doğulmuş Əhmədi də böyük Mirzə Fətəli tək ruhani-müctəhid olmağa hazırlayırmışlar. Lakin "balaca, incə, zərif” qadın kimi təqdim etdiyi anasının iradəsi hər şeyi dəyişmişdi. Dərslərin rus dilində keçirildiyi Şuşa real məktəbində şəhərin yerli sakinləri içərisində birincilər sırasında ibtidai təhsilə başlamışdı. Son sinfi Tiflisdə tamamlayıb Peterburq Texnologiya İnstitutuna daxil olmaq istəyən Əhməd Ağaoğlunun keşməkeşli, maraqlı olduğu qədər də əzablı həyat yolu və millətinin işıqlı sabahları naminə səmərəli ictimai-siyasi, elmi, ədəbi fəaliyyəti haqqında kitabda bir-birindən zəngin faktlar, hadisələr var.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə nəşr edilən "Mən kiməm?” adlı seçilmiş əsərlər külliyyatı anadan olmasının 150 illiyinin qeyd edildiyi bir vaxtda Əhməd Ağaoğlunun ensiklopedik şəxsiyyətini və zəngin yaradıcılıq irsini müasir Azərbaycan oxucusuna daha yaxından və yaxşı tanıtmaq məqsədi baxımından da sanballı töhfədir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM