16 Oktyabr 2019 19:24
514
CƏMİYYƏT
A- A+

Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir


Ölkə vətəndaşlarının Konstitusiyada təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycanda seçki prosesinin təşkili beynəlxalq standartlara tam cavab verir. Müstəqillik dövründə ölkəmizdə keçirilən seçkilərin hər biri öz demokratikliyi və şəffaflığı ilə seçilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı oktyabrın 16-da 109 saylı Balakən seçki dairəsində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşmış kursun ikinci gününün tədris məşğələsində səsləndirilib.

Seminar-məşğələdə dairə seçki komissiyasının 9 üzvü və 39 məntəqə seçki komissiyasının sədrləri iştirak ediblər.

Seminarda seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri ilə bağlı məsələlərdən ətraflı bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dairə seçki komissiyasının sədri Vahid Əliyev iştirakçılara bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə geniş məlumat verib.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bölgənin digər seçki dairələrində də davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video