Alternative content

17:03 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-da Türkiyə bankına qarşı cinayət işi açıldı
ABŞ-da Türkiyə bankına qarşı cinayət işi açıldı
ANA SƏHİFƏ / DÜNYA
18:39 16.10.2019


ABŞ-ın ədliyyə orqanları Türkiyənin "Halkbank” dövlət bankını çoxmilyardlıq məbləğdə dələduzluqda, çirkli pul yumaqda və İrana qarşı sanksiyaları pozmaqda ittiham edərək cinayət işi qaldırmışdır. Nyu York prokurou Ceffri Bermanın iddiasına görə, bank əməllərini Türkiyə hökumətinin çoxmilyonluq rüşvət almış yüksək vəzifəli nümayəndələrinin dəstəyi ilə törətmişdir.

İstintaqın mülahizəsinə əsasən, "Halkbank” 2012-2016-cı illərdə İranın 20 milyard dollar məbləğində vəsaitinin köçürülməsini həyata keçirmişdir. "Halkbank”a qarşı cinayət işi Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başladıqdan sonra Vaşinqtonla Ankara arasında münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda qaldırılmışdır.

ABŞ-ın ədliyyə orqanları bundan əvvəl də "Halkbank”ın rəhbər əməkdaşlarına, o cümlədən bankın sabiq vitse-prezidenti Hakan Atillaya qarşı tədbirlər görmüşdür. Ötən il Atilla Nyu Yorkda 32 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atilla barəsində hökmü kəskin tənqid etmişdi. Bu bankirin mühakimə olunması Türkiyə-ABŞ münasibətlərini mürəkkəbləşdirmişdir.

Bu iş üzrə əvvəlcə müttəhim qismində türk-iranlı qızıl alverçisi Rza Zərrabın adı keçirdi. Sonradan o, istintaqla əməkdaşlıq etməyə başlamış və Atillaya qarşı ifadə vermişdir. Zərrabın iddiasına görə, 2012-ci ildə Ərdoğan Baş Nazir vəzifəsini tutarkən "Halkbank”ın qanunsuz əməliyyatlarına razılıq vermişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM