16 Oktyabr 2019 18:39
630
DÜNYA
A- A+

BMT Haitidə sülhməramlı missiyasını başa vurdu


BMT Haitidə sülhməramlıların fəaliyyətini başa çatdırmaq barədə qərar qəbul etmişdir. 15 il davam etmiş sülhməramlı missiyanı sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi, habelə qanunun aliliyi və insan hüquqlarının müdafiəsi prinsiplərinin dəstəklənməsinə yönəlmiş siyasi missiya əvəzləyəcək.

BMT-nin bəyanatında missiyanın ölkənin inkişafına verdiyi töhfə, sülhməramlıların 2010-cu ildə Haitidə baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında fəaliyyəti, habelə müxtəlif seçkilərin keçirilməsində köməyi vurğulanır.

Sülhməramlı missiya 2004-cü ilin iyununda bir neçə şəhərdə başlamış silahlı münaqişə Prezident Bertran Aristidin ölkəni tərk etməsi ilə nəticələnmiş hadisələrdən sonra fəaliyyətə başlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video