16 Oktyabr 2019 18:34
653
CƏMİYYƏT
A- A+

Ölkəmizdə seçkilərlə bağlı möhkəm qanunvericilik bazası yaradılıb


Dünyanın bir çox ölkələri Azərbaycanda seçkilərə hazırlıq təcrübəsini öyrənirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir oktyabrın 16-da 77 saylı Astara seçki dairəsində Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda səsləndirilib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında keçirilən üçgünlük kurslarda dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyaların sədrləri iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim məşğələsində "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda çıxış edən Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri Rafiq Abbasov bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, seçki sahəsində də bir sıra uğurlara imza atıb. Ölkəmizdə seçkilərlə bağlı möhkəm qanunvericilik bazası yaradılıb, dairə və məntəqə seçki komissiyalarının maddi-texniki bazası möhkəmləndirilib, dairə seçki komissiyaları üçün yeni binalar tikilərək lazımi avadanlıqla təmin olunub.

Bələdiyyə seçkiləri ilə bağlı Azərbaycanda 5 qanunvericilik toplusunun hazırlandığını vurğulayan R.Abbasov ölkəmizdə peşəkar seçki korpusunun yarandığını, seçkilərlə bağlı vaxtaşarı olaraq maarifləndirmə və təşkilati tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

MSK-nın nümayəndəsi aktiv və passiv seçki hüququ, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi, namizədlərin qeydə alınması, seçkiqabağı təşviqat, səsvermənin təşkili, protokolların tərtibi, seçkilərdə müşahidəçilərin və KİV-lərin rolu ilə bağlı mövcud qaydalar barədə məlumat verib.

Bələdiyyə seçkilərində daha çox namizədlərin iştirak etməsi səbəbindən şikayətlərin də daha çox olduğunu söyləyən R.Abbasov, dairə və məntəqə seçki komissiyası üzvlərinin vətəndaşların hər bir müraciətinə həssaslıqla, qanunvericiliyin tələblərinə uyğun cavab verilməsinin vacibliyini diqqətə çatdırıb.

Təlim məşğələsində, həmçinin Astara Rayon Daxili İşlər Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı İlkin İsmayılov "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, 77 saylı Astara dairə seçki komissiyasının sədri Hikmət Əkbərov "Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzusunda çıxış ediblər.

Sonda dairə və məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ikinci günü ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara və 78 saylı Lerik dairə seçki komissiyalarında da təlim məşğələləri keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video