16 Oktyabr 2019 18:17
528
CƏMİYYƏT
A- A+

İsmayıllı gənclərindən möhtəşəm yürüş


İsmayıllıda Gənclər və İdman Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə rayon gənclərinin möhtəşəm yürüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Milli müstəqilliyə aparan şərəfli yol”, "Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri ilə keçirilən yürüş başlanğıcını Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin qovuşuğunda ucaldılan "Ana harayı” soyqırımı abidəsinin qarşısından götürüb. Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov gənclər qarşısında müstəqilliyimizin ilk illərindən, onun möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.

İki min nəfərdən çox gənc Heydər Əliyev prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı mərkəzi meydana gəlib. Xor kollektivi tərəfindən Dövlət Himni oxunub, fləşmob nümayiş etdirilib. Gənc tarix müəllimi Ülvi Şamilov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından ətraflı danışıb.

Yürüş müstəqilliyimiz naminə canlarından keçən şəhid soydaşlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video