Alternative content

04:46 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zaqatalada seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara 109 dinləyici cəlb edilib
Zaqatalada seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara 109 dinləyici cəlb edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:00 16.10.2019

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı keçirilən kurslar dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Təlimlərə hər iki dairə üzrə, ümumilikdə, 18 nəfər komissiya üzvü və 91 nəfər məntəqə seçki komissiyalarının sədri cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Zaqatala seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kursun ikinci günü - oktyabrın 16-da iştirakçılara seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə geniş məlumat verilib.

Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin əməkdaşı Könül Nəbiyeva çıxışında seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən bəhs edib.

Sonra dairə seçki komissiyasının sədri Fikrət Mustafayev iştirakçılara bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə geniş məlumat verib.

Dairə üzrə ixtisaslaşdırılmış kurslara 9 nəfər komissiya üzvü və 47 nəfər məntəqə seçki komissiyasının sədri cəlb edilib.

Eyni təlimlər 111 saylı Zaqatala-Balakən seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin sədrləri və dairə seçki komissiyasının 9 üzvü cəlb olunub. Dairənin tərkibinə daxil olan seçki məntəqələrinin 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir. Seçicilərin ümumi sayı 46 min 636 nəfərdir.

Seminarda Mərkəzi Seçki Komissiyasının təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirov iştirakçılara seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM