16 Oktyabr 2019 16:31
513
DÜNYA
A- A+

ABŞ ordusu 2023-cü ilə qədər səsdən iti raketləri yerləşdirəcək


ABŞ ordusu 2023-cü ilə qədər səsdən iti sürətlə uçan uzaq mənzilli raketlər sisteminin istifadəyə verilməsini planlaşdırır.

AZƏRTAC xəbər verir ki, ABŞ ordusunun səsdən iti raketlər proqramının direktor müavini Robert Strayder bu məlumatı ABŞ quru qoşunları hərbi qulluqçuları assosiasiyasının nümayəndələrinin illik qurultayında məruzəsində səsləndirib. Strayder bildirib ki, döyüş qabiliyyətli eksperimental prototip 2023-cü ilə qədər istifadəyə veriləcək.

Strayder daha sonra əlavə edib ki, mobil yerüstü platformadan buraxılmış 8 raketdən ibarət batareyanın sürəti saatda 3800 milə (6116 kilometr) bərabər olacaq.

Səsdən iti raketlər Yer atmosferinin yuxarı təbəqəsinə çataraq hava hücumundan müdafiə və raketdənmüdafiə sistemləri zərbə endirməyə hazır olana qədər həmin sistemlərin təsir zonası hüdudlarında qala biləcəklər. Raketin dizaynı dəqiqlik, sürət, zərbəyə davamlılıq və manevr qabiliyyəti kimi parametrlərə hesablanıb. ABŞ quru qoşunları hərbi qulluqçuları assosiasiyasının məlumatına görə, bu raketlər bir neçə dəqiqə ərzində Yer kürəsinin istənilən nöqtəsində zərbə endirə biləcəklər.

Raketlərin və start platformalarının layihələndirilməsinə ordunun çevik və böhranlı texnologiyalar idarəsi tərəfindən nəzarət edilir. Bu idarə 2018-ci ildən etibarən səsdən iti qurğular üzrə ixtisaslaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video