Alternative content

01:16 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yol polisi “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vurub
Yol polisi “Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığına yekun vurub
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:30 16.10.2019

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi idarələrinin birgə təşkilatçılığı ilə Bakı Şəhər 1 nömrəli Uşaq-Gənclər Mərkəzində "Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunan tədbir keçirib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, mərkəzin rəhbərliyinin, eləcə də şagirdlərin iştirakı keçirilən tədbirdə çıxış edənlər "Diqqət uşaqlar!” adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verir.

Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çatacağı xüsusilə vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı yol polisi tərəfindən zəruri addımlar atılır. Bildirilib ki, analoji tədbirlər davam etdiriləcək.

Daha sonra "İdrak” liseyinin və Bakı Şəhər 1 nömrəli Uşaq-Gənclər Mərkəzinin şagirdlərinin iştirakı ilə yol hərəkəti təhlükəsizliyinə dair maraqlı səhnəciklər göstərilib.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar DİN rəhbərliyinin göstərişinə əsasən sentyabrın 15-dən oktyabrın 15-dək respublika ərazisində "Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilib. Bu tədbirlə əlaqədar, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanıb, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılıb. Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunub, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilib.

Təhsil Nazirliyinin aidiyyəti qurumlarının bilavasitə iştirakı ilə keçirilən görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə ətraflı məlumat verilib, maraqlı müzakirələr, viktorinalar təşkil olunub, fərqlənən məktəblilərə hədiyyələr verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM