16 Oktyabr 2019 16:14
968
Mədəniyyət
A- A+

Rasim Balayev: Ağac əkmək torpağa zinət bəxş etmək deməkdir


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü hər yerdə alqışlanır. Yaşıllıq həyatın yaraşığı, təmiz hava deməkdir. Ta qədimdən insanlar yaşıllığın qayğısına qalmış və bunun əvəzində təbiətdən bol-bol bəxşişlər almışlar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.

"Bu il ölkə başçısı tərəfindən elan olunmuş "Nəsimi ili” rəngarəng tədbirlərlə, layihələrlə yadda qaldı. İlin yekunlaşmasına bir-neçə ay qalmış biz daha bir gözəl təşəbbüsə şahidlik edirik. Heydər Əliyev Fondunun Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü məni çox sevindirdi. Bu vətənimizin, ölkəmizin gözəlləşdirilməsi, yaşıllaşdırılması, ekologiyamızın təmizlənməsi üçün çox böyük addımdır. İndi payız fəslinin son aylarıdır və ağac əkməyin gözəl məqamıdır. Düşünürsən ki, bu təşəbbüs reallaşdırıldıqdan sonra diyarımız daha da gözəlləşəcək. Bağlar, xiyabanlar laləzara çevriləcək, əsl istirahət guşəsi olacaq, küçələr, yollar abadlaşacaq. Ağac əkmək xeyirxahlıqdır. Bu elə bir hisdir ki, hamımızda var. Ağac əkmək torpağa zinət bəxş etmək deməkdir. İmadəddin Nəsiminin adı ilə bağlı olan bu böyük və gözəl təşəbbüsü alqışlayıram", deyə kinomuzun Nəsimisi bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video