16 Oktyabr 2019 15:32
504
SİYASƏT
A- A+

Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir


Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxış edib.

Türkiyənin daxili və xarici siyasəti ilə bağlı bəzi məqamlara toxunan Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünə geniş yer ayırıb. Prezident diqqətə çatdırıb ki, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü təşkilatın coğrafiyasının genişlənməsi və qəbul etdiyi mühüm qərarlar baxımından tarixi əhəmiyyətə malikdir.

Gündəlikdə olan aktual mövzular barədə fikir və mülahizələrini bölüşən dövlət başçısı Suriya böhranı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatının uğurla davam etdirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, terrorçuların kökü kəsilənə qədər bu mübarizə davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video