Alternative content

06:11 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:10 16.10.2019

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Bu nəcib təşəbbüsə geniş ictimaiyyət nümayəndələri, dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaq. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiya yaradılıb. Komissiyanın gördüyü işlər və təşəbbüsün əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını komissiyanın sədri Firdovsi Əliyev cavablandırıb.

- Bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə bağlı nazirlikdə yaradılmış xüsusi komissiya hansı işləri həyata keçirir?

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulduq. Bu məqsədlə tədbirlər planı hazırlanıb, artıq regionlar üzrə ağacların əkiləcəyi yerlər müəyyənləşdirilib, 650 min ağacın harada əkiləcəyi bəllidir. Müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ərazilərdə hazırlıq işləri gedir, çalalar qazılır, suvarma şəbəkələri çəkilir. Qeyd etmək istərdim ki, bir çox rayonda ağac əkiləcək ərazilərə damcılı suvarma şəbəkəsi quraşdırılır.

Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı Nəsiminin doğulduğu Şamaxı rayonunda ağac əkiləcək ərazilərdə artıq torpaq hazırlığı işlərinə başlanılıb.

Onu da bildirim ki, Mehriban xanımın irəli sürdüyü bu təşəbbüs dünya miqyasında bir xalq olaraq, bir millət olaraq bizim dövlətimizin ətraf mühitə verdiyi önəmin bariz nümunəsidir.

- Rayonlar arasında bölgü necə aparılıb, ən çox ağac hansı rayonda əkiləcək?

- Ən çox ağac Sabirabad və Saatlı rayonlarında əkiləcək, onların hər biri 50 min ağac əkmək istəyini bildirib.

- Bu ağaclar dekorativ olacaq, yoxsa meyvə ağacları? Regionlar arasında ağaclar növlərinə görə necə müəyyənləşdirilib?

- Əkiləcək ağaclar hər regionun iqlim şəraitinə uyğun seçilir, həm meyvə, həm də dekorativ ağaclar əkiləcək. Əsasən xan çinarı, Eldar şamı, dəmirağac, qızılağac, şərq çinarı, göyrüş, akasiya, palıd, ağcaqayın, badam, zeytun, nar, fıstıq, alma, qoz, şabalıd, ərik, xurma, fındıq, şaftalı, alça, gavalı və sair ağaclar əkiləcək. Bütün ağaclar nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib.

- Ümumiyyətlə bu qədər ağacın əkilməsi ölkəmizə və planetimizə nə kimi fayda verəcək?

- Bu təşəbbüs iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə çox böyük xidmət göstərəcək. Respublikamızda bir gün ərzində əkiləcək 650 min ağac sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq.

Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı ilə nisbətən 35 faiz aşağı salınmasını hədəf kimi götürüb. Bu təşəbbüs ölkəmizin Paris İqlim Sazişi çərçivəsində müəyyənləşdirdiyi hədəfə çatmaq istiqamətində də çox uğurlu addım olacaq.

Bilirsiniz ki, ölkəmiz deqradasiyaya uğramış torpaqlarda meşə landşaftının bərpasını nəzərdə tutan Bonn çağırışına qoşularaq 2030-cu ilədək 270 min hektar meşə ərazisini bərpa etməyi öhdəyə götürüb. 650 min ağacın əkilməsi ilə biz Bonn çağırışına da ölkəmiz adından bir töhfə vermiş olacağıq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM